Icma.az
close
up
RU
İlanlar aktivləşdi Bakıda qarşınıza ilan çıxarsa...

İlanlar aktivləşdi Bakıda qarşınıza ilan çıxarsa...

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda may ayında ilanların aktivləşdiyi bildirilir. Bu ilanların bir qisminin zəhərli olması sakinlər arasında narahatlıq yaradıb.
İlanlarla qarşılaşanlar hansı tədbirləri görməlidir? Ümumiyyətlə, ilanla qarşılaşmamaq üçün nə etmək olar?
Globalinfo.az-a danışan ARETN Canlı sistemlərin tədqiqi PHŞ dosenti, b.ü.f.d. Səbinə Bünyatova deyib ki, ilanlar soyuqqanlı heyvanlardır və onların aktivliyi birbaşa ətraf mühitin temperaturundan asılıdır:
“Bu səbəbdən havalar isinən kimi onlar aktivləşməyə başlayır, qış sığınacaqlarından çıxaraq yer səthinə qalxırlar. Bu il havaların istiləşməsi bir qədər gecikdiyi üçün ilanların aktivləşməsi də gec baş verdi. Adətən mart-aprel aylarında müşahidə olunan proses bu il may ayına təsadüf etdi. Qış dövründə passiv olduqları üçün onlar enerji ehtiyatlarını bərpa etmək məqsədilə aktiv şəkildə qidalanmağa başlayırlar”.
S.Bünyatova qeyd edib ki, havalar istiləşdikdən sonra ilanların əksər növləri aktivləşir:
“Əgər söhbət Abşeron yarımadasından gedirsə, burada Azərbaycanda yayılmış bir çox ilan növlərinə rast gəlinir. Onların arasında zəhərli gürzə də var. Son illərdə tikintilərin artması ilə insanlar təbii ərazilərə daha çox müdaxilə edir və yaşayış massivləri genişlənir. Bu isə ilanların təbii yaşayış mühitinə daxil olunmasına səbəb olur. Buna baxmayaraq, ilanlar hələ də həmin ərazilərdə qalmaqda davam edir”.
Ekspert bildirib ki, ilanla qarşılaşan şəxslər mütəxəssislərə müraciət etməlidir:
“Ən doğru yanaşma mütəxəssisin çağırılmasıdır. O, gəlib ilanı tutaraq ərazidən uzaqlaşdırmalı və təbii mühitə buraxmalıdır. Əgər ilan evdə və ya həyətyanı sahədədirsə, bu xüsusilə vacibdir. Açıq ərazilərdə isə ilanlar qida axtarışı zamanı müəyyən məsafələr qət etdikləri üçün müxtəlif yerlərdə görünə bilərlər və gün ərzində aktiv olurlar. Dərmanlama üsulları isə müvəqqəti effekt verir. Külək və ya yağış nəticəsində bu vasitələr tez təsirini itirir və ilanları daimi olaraq uzaqlaşdıra bilmir. Əgər ilan gəmiricilərlə qidalanan növdürsə (məsələn, gürzə və ya təlxə), həmin ərazidə gəmiricilərin sayını azaltmaq vacibdir. Belə olduqda ilanlar qida axtarmaq üçün həmin əraziyə gəlməz. Bu, ən əsas profilaktik tədbirlərdən biridir”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2026 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri