Icma.az
close
up
RU
İlanlardan necə qorunmaq olar?

İlanlardan necə qorunmaq olar?

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 23 iyun, AZƏRTAC

Havanın istiləşməsi ilə əlaqədar narahatlıq doğuran məsələlərdən biri də ilanlanla bağlıdır. İlanlarla rastlaşdıqda, əməl edilməli olan qaydalar, eləcə də, onlarla mübarizə üsulları isə təbii ki, hər kəsi maraqlandırır.

AZƏRTAC-ın əməkdaşı bununla əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovla söhbət edib.

O bildirib ki, zəhərli olduqlarına görə ilanlardan qorxmaq təbiidir. İlanlar haqqında az məlumatı olan və onlarla davranmaq qaydalarını bilməyənlərdə isə qorxu hissi daha çox olur:”İlanlarla üzləşən kimi həyəcanlanan, qorxan, yaxud dərhal onu öldürməyə cəhd edənlər onlarla davranış qaydalaını bilməyənlərdir. Əslində ilanda rast gəldiyi adamın üstünə getmək, onun dalınca düşmək və sancmaq xüsusiyyəti yoxdur. İlanlar yalnız öz həyatları üçün təhlükə hiss edəndə belə davranış göstərə bilərlər”.

Təvəkkül İsgəndərovun dediyinə görə, ilanlar gizli və yarımgizli həyat tərzi keçirdiklərindən müxtəlif sığınacaqlarda gizlənirlər, yalnız gizlənmə yerini dəyişmək və ya günəş şüalarını qəbul etmək üçün açıq havaya çıxırlar. İlanlar, əsasən, qidalandıqları qurbağa, kərtənkələ, quş, xırda məməlilər və siçankimilərin arxasınca açıq şəkildə sürünmürlər. İlanlar yem olan ərazini qoxu ilə axtarıb tapır, müxtəlif sığınacaqlara girərək pusqu qurur və sıçrayaraq təsadüfən yaxınlaşan şikarını tuturlar.

Zooloq-alim deyib ki, yemi olan heyvanların yaşadığı və kifayət qədər gizlənmə yerləri olan ərazilər ilanlar üçün cəlbedicidir. Belə ki, əlverişli şəraiti olan sahələrə ilanların gəlməsi gözləniləndir. İlanlar isti vaxtlarda sərinləmək, soyuq dövrdə qışlamaq, çoxalma vaxtı yumurta qoymaq üçün əlverişli yerlər axtarır və həmin yerləri tapmağı çox yaxşı bacarırlar. Ona görə də ilk növbədə ilanlardan qorunmağın ən etibarlı yolu yaxın ətrafda bu sürünənlər üçün əlverişli, münbit şərait yaratmamaqdır.

O vurğulayıb ki, ilanlar yalnız gizləndikləri sığınacaqları açanda, sökəndə və ya oraya daxil olanda üzə çıxırlar. Həmin qəfil rastlaşma zamanı isə elə təssürat yaranır ki, sanki ilan insanı izləmək və sancmaq üçün orada gizlənib. Əslində insan ilanlar üçün heç bir maraq və əhəmiyyət kəsb etmir, əksinə, onlar daimi yaşayış və səs-küy olan yerlərdən uzaq olmağa çalışırlar:”İlanlar olan ərazidə diqqətli və sayıq olmaq, azı 2 metr məsafədə ətrafı nəzarətdə saxlamaq, möhkəm parçadan olan şalvar, ayağa uzunboğaz çəkmə geyinilməsi məsləhətdir. Gəzərkən hər hansı əşya və ya ayaqla yeri döyəcləmək lazımdır. Çünki qarşıda gizlənmiş ilan olarsa, səs-küyə reaksiya verərək fısıldayacaq, özünü büruzə verərək qaçıb gizlənəcək. Qapalı yerlərə, deşiklərə əl uzatmaq olmaz. Yerə düşmüş hansısa əşyanı qaldırarkən ehtiyatlı olmaq lazımdır, çünki ilan onun altında gizlənə bilər. Quş, siçankimilər, kərtənkələ və olan tikililərə, zirzəmilərə, dovşan, toyuq saxlanılan daxmalara, ev heyvanları üçün tikilmiş tövlə və qazmalara daxil olarkən, ehtiyatlı davranmaq vacibdir. İlanlar yem axtarmaq, sərinləmək, yumurta qoymaq, düşməndən gizlənmək üçün həmin yerlərdə ola bilər”.

Təvəkkül İsgəndərov ilanlarla üzləşən zaman əməl edilməli olan davranış qaydaları haqqında da məlumat verib: “Hansısa şəraitdə ilanla rastlaşarkən bir qədər kənarda sakit dayanmaq, özünü itirməmək zəruridir. İlanları hirsləndirməyə, tutmağa və ya öldürməyə çalışmamaq lazımdır. Onsuz da ilan kənar adam görən kimi qaçmağa və ya gizlənməyə, ona hücum edəndə özünü müdafiə etməyə və sancmağa çalışacaq. İlanın üstünü tamamilə örtmək üçün 1,5 metr məsafədən hər hansı bir parça material - pencək, köynək və s. atanda onun altında gizlənərək özünü xilas olmuş hesab edir və bir müddət oradan çıxmır. İlanı zərərsizləşdirmək üçün naşı davranmaq olmaz. Təcrübəsiz olduqda, ilan qəzəblənərək xətər yetirə bilər”.

İlanlardan qorunmaq üçün ərazinin müxtəlif növ tullantılar - ağac budaqları, kol-kos, ot qalaqları, daş, taxta, dəmir parçaları, lövhə və qırıntılarından təmiz saxlanılmasını tövsiyə edən mütəxəssis bildirib:“ Həmçinin ərazidə siçan-siçovul yuvaları ləğv edilməli, dam və zirzəmilərə ilanların daxil ola bilməməsi üçün deşiklər qapanmalı və ya dəmir torla bağlanmalıdır. Ərazidə ilanların gizlənməsi üçün mövcud olan quyulara, çatlara, qurğu və avadanlıqların altına və digər yerlərə müxtəlif ilanqovucu vasitələr - kükürd tozu, naftalin, yandırılmış ağac külləri, sarımsaq, neft, kəskin qoxulu toz və s. səpmək məqsədəuyğundur. Məsələn, kükürd tozu ilə naftalin həblərini, yaxud istiot və darçın yağlarını qarışdırıb, zolaq şəklində tökmək, habelə maz və digər qoxulu vasitələrdən istifadə etmək olar. Bəzi hallarda yanğına səbəb olmamaq şərtilə solyar yağı, kerosin və benzindən də istifadə edilməsi mümkündür. İlanlar bir çox iyə öyrəşə bildikləri və həmin qoxular uzun müddət qalmadığı üçün həmin vasitələr növbələşdirilməli, azı 7-10 gündən bir təkrarlamalıdır. Qapalı yerdə olan ilanları zərərsizləşdirmək üçün xüsusi yapışqanlı tələlərdən istifadə edilə bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see270

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see251

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see237

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see230

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see229

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see213

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see212

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see211

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see207

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see205

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see200

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see199

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see195

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see192

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see189

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see182

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see176

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see171

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see170

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri