Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“İlaxır çərşənbəsi” yeni gün

“İlaxır çərşənbəsi” yeni gün

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gündən torpaq oyanır, təbiət yenidən canlanır

Boz ayın son çərşənbəsi gəldi. Əsatirlərə görə fəsillər, aylar bölünəndə bir aya cəmi 14 gün düşüb. O biri ayların 28–30 gün olduğunu görən həmin ay küsüb. İnciməsin deyə hər fəsil öz payından 3–4 gün ona hədiyyə edib. Ona görə də fevralın 20-dən martın 20-dək keçən, boz ay adlanan müddətdə həm qış, həm yaz, həm də yay və payızın günləri var. Gah günəş çıxır, isidir, gah qış soyuğu dondurur. Gah ağaclarda çiçək görünür, gah da yağış onu yuyub tökür. Bir sözlə, boz ayda bütün fəsillər müşahidə edilir.

Elimizin əziz günü – Novruz bayramına qədər 4 çərşənbənin qeyd edilməsi də təsadüfi deyil. Bayramın gəlişi zamanı xoş əhval-ruhiyyə yaşanır. Rəmzi məna daşıyan çərşənbələri ulularımız həmişə bayram kimi qeyd ediblər. Çünki torpağa nəfəs gəlir. Təbiət, eləcə də, bütün canlılar oyanır.

Çərşənbələr sırasında bu gün qeyd etdiyimiz sonuncu – Torpaq çərşənbəsidir. Xalq arasında Torpaq çərşənbəsi “İlaxır çərşənbə”, “Yer çərşənbəsi”, “Çərşənbə–suri” kimi də adlanır. Torpaq çərşənbəsində torpağa istilik gəlir və bütün təbiət oyanmağa başlayır.

Bununla bağlı xalq arasında bir çox inanclar yaranmışdır. 4 ünsürdən sonuncunun oyanması ilə Sel, Atəş, Yel və Torpaq daha böyük güc alır. İnsanlar yoxsulluq və qıtlıqdan, çətinlik və məhrumiyyətdən xilas olurlar. Bu inamla bağlı xalq arasında yayılmış mifoloji təsəvvürə görə insanların kasadlıqdan, yoxsulluqdan əziyyət çəkdiyi bir zamanda Sel, Atəş və Yel Torpaq Xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq Xatunu oyadıb, insanların aclıq çəkdiyini ona deyirlər. O zaman Torpaq Xatun yerindən qalxaraq “Adamları fəlakətə salan, özü fəlakətə düşər”– deyir və beləliklə, Sel, Atəş, Yel və Torpaq Xatun əl-ələ verib:

Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi

– deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyilənlərə görə, həmin gün İlaxır çərşənbə olub. Selə, Atəşə, Yelə və Torpağa inanc və inamı, bütövlükdə, özündə əks etdirən ilaxır çərşənbələrin İslamdan və zərdüşlükdən əvvəlki görüşləri ilə bağlı olduğunu göstərir. Mənbələrə və müşahidələrə əsaslanaraq demək mümkündür ki, Novruz torpağın oyanması, yəni əkin mövsümünün başlanması ilə səciyyələnir. Su, Od və Yelin başlıca məqsədi torpağı oyatmaqdır.

Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri kimi qeyd olunur. Şənliklər sübh tezdən suya inanc ayini ilə başlanır. Adamlar su üstündən atlanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır çərşənbənin axşamı şənliklər daha da güclənir. Tonqallar alovlanır, həyətlərə torbalar atılır, qulaq falları qurulur və xoş ovqatlı ayinlər icra edilir. Bu çərşənbə ilə bağlı olan ayinlər illərdir ki, yaşanır və xalq öz milli Novruz bayramını böyük əhval–ruhiyyə ilə qeyd edir və bu gün də ruh yüksəkliyi insanların mənəvi dünyasında yaşayır.

Belə deyirlər ki, çərşənbə axşamı təzə libas geyən heç vaxt paltar dərdi çəkməz. Qulağı cingildəyənə müjdə gələr. Həmin gün 7 növ xörək və ya şirniyyat bişirilir, səməni halvası hazırlanır. Göyərçinlər ilk olaraq əkin–biçin sahəsindən uçarsa, həmin il bolluq olar, evlərin damına qonarlarsa, il quraqlıq keçər. Bayram üçün göyərdilmiş səməninin ortadan saralması kənarlarının yaşıl qalması taxıl qıtlığı olacağına işarədir.

Qulaq falına çıxmaq, qapılara papaq atmaq, küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə yeni libas almaq da bu bayrama aid adətlərdəndir. Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Odur ki, həmin gün evdə mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb qapını dinləməyə gələ bilər. Ona görə, ailədə könülaçan sözlər danışar, mübahisə etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsiz dönməsin.

Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar. Qorxanların başından su töküb qorxuluğunu alarlar. Ailə üzvlərinin sayına görə şam yandırar, onu yarımçıq söndürməzlər, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib “filankəslərin adına qazan asdım” – deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.

Cavanlar fala baxarlar. Qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanıb qabın divarlarına dəyir. Bu, üzüyün qaba dəydiyi say yaşda gəlin gedəcəksən anlamına gəlir.

İlaxır çərşənbədə həyət–bacada tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı–acılarının oda tökülməsini arzu edirlər: “Ağırlığım–uğurluğum, qadam–balam bu tonqalda yansın”, yaxud “ağırlığım–uğurluğum odlara, tonqaldan mənimlə atılmayan yadlara”. Burada məqsəd qışdan qalan dərdin, ağrı–acının adamın canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.

Həmin gün bayram süfrəsində balığın olması bərəkət rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığı süfrəyə gətirər, bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, balığın gözünə baxıb, arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki, arzular tezliklə çin olacaq.

Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta, bir də baharın gəlişini əks etdirən səmənidir. Evimizin xeyir-bərəkəti, bol ruzili, gur yanan ocaqlı olması diləyilə üzü Novruza – İlaxır çərşənbəmiz mübarək olsun!

Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri