İlber Ortaylının dəfninə gül göndərməyin! Ailəsi diqqət çəkdi
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı tarixçilərindən biri olmuş professor İlber Ortaylı vəfat edib. Dərin tarixi bilikləri, kəskin təhlilləri və cəlbedici hekayələri ilə geniş auditoriyaya çatan Ortaylı, təkcə akademik dünyada deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrində tarixi şüurun inkişafına mühüm töhfələr verib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, professor Dr. İlber Ortaylının dəfn mərasimi 16 mart 2026-cı il, bazar ertəsi günü Qalatasaray Universitetində keçiriləcək. Cənazə namazından sonra İlber Ortaylının cənazəsi Fatih məscidinin qəbiristanlığında torpağa tapşırılacaq.
Bununla yanaşı, Ortaylı ailəsi tərəfindən dərc edilən başsağlığı elanı diqqət çəkib. Belə ki, elanda dəfn mərasiminə gül göndərilməməsi xahiş olunub. Qeyd olunub ki, gül göndərmək istəyənlər Türkiyə Təhsil Fonduna ianə edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 14 Mart 2026 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















