Icma.az
close
up
RU
İldə 10 milyon və... dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?

İldə 10 milyon və... dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli komandada işləmək, hətta dünyanın ən məşhur məşqçiləri üçün belə, gəlirin əhəmiyyətli dərəcədə azalması demək deyil. 

Lent.az-ın xəbərinə görə, Almaniyanın BILD nəşri milli komanda məşqçilərinin cari maaş proqnozlarını dərc edib və Karlo Ançelotti böyük fərqlə birinci yeri tutub.

Braziliya milli komandası ilə müqaviləsini 2030-cu ilə qədər uzadan italyan mütəxəssisin ildə təxminən 10 milyon avro qazandığı bildirilir. Onun müqaviləsi hazırkı milli komanda məşqçiləri arasında ən bahalıdır.

Yurgen Klopp ikinci yerdədir. Almaniya milli komandasındakı işinə görə “Liverpul”un keçmiş məşqçisi ildə təxminən 7 milyon avro qazanır. Bu, onun klub səviyyəsində və “Red Bull”da işlədiyi müddətdə qazandığından azdır, lakin Klopp Almaniya milli komandasının tarixində ən çox qazanan məşqçisidir.

ABŞ millisinin məşqçisi Maurisio Poçettino 6,8 milyon avro ilə üçüncü yerdədir. Sonrakı yerdə təxminən 6 milyon avro maaşla İngiltərənin baş məşqçisi Tomas Tuxel, İspaniya millisi ilə Dünya çempionatının qalibi Luis de la Fuente isə illik 5 milyon avro ilə ilk beşliyi tamamlayır.

Portuqaliyalı məşqçi Jorje Jesus illik maaşı təxminən 4 milyon avro ilə altıncı yerdədir. Maraqlıdır ki, Portuqaliya mediası federasiyanın məşqçi və onun heyəti üçün ümumi illik xərclərinin təxminən 4,5 milyon avro olduğunu bildirib.

Zinəddin Zidan ildə 3,6 milyon avro və ya ayda 300 min avro qazancı ilə  yalnız yeddinci yeri tutub. Fransız mütəxəssis baza maaşını sələfi Didye Deşamın səviyyəsində saxlayıb və hətta imic hüquqları üçün ayrıca ödənişdən imtina edib. Bunun əvəzinə, milli komandanın Avropa və Dünya çempionatlarındakı uğurları üçün daha yüksək bonuslar barədə danışıqlar aparıb. 

İlk onluğa Hollandiyanın məşqçisi Xavi Hernandes (3 milyon avro), Argentina millisinin məşqçisi Lionel Skaloni (2,3 milyon avro) və Avstriyanın baş məşqçisi Ralf Ranqnik (2 milyon avro) də daxil olub.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Oktyabr 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri