Icma.az
close
up
RU
İlham Əıiyevin illərdən bəri apardığı uzaqgörən siyasət Vaşinqtonda şərəflə yekunlaşdı

İlham Əıiyevin illərdən bəri apardığı uzaqgörən siyasət Vaşinqtonda şərəflə yekunlaşdı

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Ağ Evdə keçirilən bu tarixi görüş Azərbaycanın tərcümeyi-halında ən mühüm, ən şərəfli səhifələrdən biridir.
Zəfər və əzmimizin siyasət meydanında qürurla taclandırılan zirvə məqamıdır. Vaşinqtonun bu iki Cənubi Qafqaz ölkəsi arasında uzunmüddətli və davamlı sülhə nail olunması üçün göstərdiyi təşəbbüslər Tramp administrasiyasının hakimiyyətə gəlişiylə başlamışdı. Ağ Evdə baş tutan bu üçtərəfli görüş Prezident Trampın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı ilə oldu.

Görüşdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsiplərini müəyyən edən birgə bəyannamənin imzalanması və Vaşinqtonun dəstəyi ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi idi. Bu görüş əlbəttə ki, Azərbaycan–ABŞ strateji münasibətlərində, həm də Azərbaycan–Ermənistan sülh prosesində yeni bir mərhələnin başlanğıcına çevrildi. Xüsusilə, Azərbaycan və ABŞ liderlərinin regional əlaqəlilik, qabaqcıl texnologiyalara və süni intellektə iqtisadi investisiyalar, enerji, ticarət və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək məqsədilə Strateji Tərəfdaşlığın yaradılması üzrə Anlaşma Memorandumu imzalaması irəli doğru inkişaf üçün çox mühüm addım sayılmalıdır. ABŞ-ın Azərbaycana yardımına uzun illər mane olan Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə qərarı ölkə başçımıza, Azərbaycan xalqına qarşı ən qiymətli, ən mühüm jestlərdən biridir.

Prezident Trampın iştirakı ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın imzaladığıı Birgə Bəyannamə dünya tarixinin ən nadir hadisələrindəndir. Arxada 30 ildən artıq işğal dönəmi, müharibə ağrıları, tökülən qanlar, axıdılan göz yaşları. Nəhayət, bunların sonuclanma mərhələsindəyik. Şəhid oğularımızın ruhu şad olsun!

Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında bildirirdi ki, əsas prinsiplər razılaşdırılıb paraflandıqdan sonra tam sülh müqaviləsi üzərində işə başlamaq mümkündür. Vaşinqtonda imzalanacaq birgə bəyanat bu baxımdan mühüm strateji və geriyə yol qoymayan bir addımı ifadə eləyir. Bu bəyannamə həm Cənubi Qafqaz xalqlarının həyatında ən yeni mərhələnin başlanğıcı oldu.

Sülh gündəmindəki ən çətin məsələlərdən biri Zəngəzur dəhlizi adlandırılan Naxçıvana quru bağlantı mövzusu idi. Azərbaycan illərdir tələb edir ki, Azərbaycanla Naxçıvan arasında Zəngəzur bölgəsindən keçən yol “maneəsiz” olmalı, yəni Ermənistanın heç bir sərhəd və gömrük nəzarəti tətbiq etməməsi təmin edilməlidir. Dünənki tarixi görüş, Azərbaycan ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsini təmin edərək Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur.

Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin vasitəçisi olsa da, zəfərimizi qazandığımız 2020-ci ildən sonra artıq gərəksiz və faydasız olduğu göz önündə idi. Nəhayət, ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə məktub ünvanlandı. Həmçinin 2026-cı ildə keçiriləcək referendumla Ermənistan Konstitusiyasına dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının çıxarılması baş verəcək. Bununla da, tərəflərin sülh müqaviləsini imzalamasına heç bir maneə qalmayacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh sazişinin mətninin paraflanması, mətnin özünün artıq tam razılaşdırıldığını təsdiqləyir. Paraflama müqaviləni imzalama ilə eyni olmasa da, sülhə doğru atılmış mühüm addımdır. Azərbaycan və Ermənistan indi yekun və dayanıqlı sülhün bir addımlığındadır.

Bütün bunlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin illərdən bəri apardığı dürüst, ləyaqətli, uzaqgörən siyasətinin şərəfli yekunudur. İlham Əliyevin bəşər tarixinin sülhə, harmoniyaya xidmət edən unikal liderlərindən oldu. Xalqına zəfərlə bərabər beynəlxalq miqyasda sözün çəkisi necə olur, - bunun qürurunu yaşatdı. Sülh istəyi və insanlıq ləyaqətini bir araya cəm edib öz liderlik tərcümeyi-halının əsas xəttinə çevirməyi bacaran Azərbaycanın gücü - İlham Əliyev bu əzmlə ən uzaq tarixləri yaxına gətirdi, ən əlçatmaz arzuları reallığa çevirməyi bacardı. Və bu yaxınlaşan uzaqlıqlardan artıq açılacaq Zəngəzur dəhlizinin üfüqləri görünür.

ELNARƏ AKİMOVA

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Avqust 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see222

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see188

Qalatasaray və Fənərbaxça dan Real ın ulduzuna təklif

24 Sentyabr 2025 15:46see170

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see169

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see165

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see143

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see140

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see134

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see132

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see131

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see128

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see127

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see122

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see121

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see121

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see120

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see119

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see119

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see117

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri