Icma.az
close
up
RU
İlham Əliyev: 5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq

İlham Əliyev: 5 ildən sonra Azərbaycanda elektrik enerjisinin tutumu 2 dəfə artacaq

Icma.az bildirir, 525.az portalına istinadən.

"Azərbaycanın imzaladığı və icra fazasında olan müqavilələr 2030-cu ilə qədər 6 500 meqavat bərpaolunan enerji verəcək".

525.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bildirib.

"Müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, 5 ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik", - deyə o qeyd edib.

Bunda başqa, dövlət başçısı deyib ki, daxili ehtiyaclar üçün enerjiyə qənaət ediləcək: "Biz artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almışıq. Bu, hamını sevindirir. Biz əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışıq. Ən vacibi isə odur ki, ümidvaram, biz bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlayacağıq. Odur ki, bizim planımız Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir".

"Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur", - deyə İ.Əliyev əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Aprel 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see214

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see214

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see200

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see181

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see180

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see158

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see142

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see137

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see134

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see129

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see127

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri