Icma.az
close
up
RU
İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI VİDEO

İlham Əliyev Azərbaycan üçün əsas potensial riski AÇIQLADI VİDEO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. Bütün risklər sərhədlərimizin kənarında formalaşır. Siyasi xarakterli risklər çox cüzidir. İdeoloji təxribatlarla bağlı riskləri də ciddi hesab etmirik. Çünki indiyədək belə cəhdlər çox olub, amma onların heç biri uğur qazanmayıb. Azərbaycan dövləti və cəmiyyəti Konstitusiyamızda təsbit olunmuş prinsiplərə sarsılmaz şəkildə sadiqdir.
 

Fiziki təhlükələr isə əlbəttə ki, mövcuddur. Müasir müharibələrin xarakterini nəzərə alsaq, bu gün demək olar ki, heç bir ölkə özünü tam təhlükəsiz hesab edə bilməz. Xüsusilə də iki müharibə aparan dövlət arasında yerləşən bir ölkə üçün əsas təhlükə məhz budur. Üstəlik, həmin müharibələrin həm gedişi, həm də sonrakı nəticələri tamamilə proqnozlaşdırıla bilməz.
Müharibənin özü böyük faciədir.


Ancaq uzun sürən müharibə də az təhlükəli deyil. Müharibədən sonrakı dövrdə ölkələrin hansı vəziyyətdə olacağı, yaranmış problemləri necə həll edəcəyi əvvəlcədən bilinmir. Ona görə də bizim üçün əsas risk Azərbaycanı hansısa avantüralara cəlb olunmaq cəhdləridir. Əvvəllər belə cəhdlər əsasən siyasi xarakter daşıyırdı. Biz onlardan uğurla yayına bildik və nəticədə həmin cəhdlər demək olar ki, dayandı”, - dövlət başçısı deyib.
Prezident İlham Əliyev qeyd edib ki, indi isə bu təhlükələr daha ciddi və daha təhlükəli xarakter alıb:
“Amma özümüzü qorumağa öyrəşmişik. Birləşmiş təzyiqlərə qarşı mübarizə aparmağa da öyrəşmişik. Təhlükəsizliyimizi, sərhədlərimizi və müxtəlif təhdidlərə qarşı müdafiə sistemimizi gücləndirmək 2003-cü ildən etibarən mənim əsas fəaliyyət istiqamətlərimdən biridir. Gücüm çatdığı müddətdə də bunu davam etdirəcəyəm.
Bu proses heç vaxt başa çatmayacaq. Ötən il artıq rahat nəfəs almağın mümkün olub-olmadığını müzakirə edirdik. Belə bir imkan olmayacaq. Hətta 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra da biz bir an belə dayanmadıq. Nə dincəlməyə, nə də uzun müddət bayram etməyə vaxtımız oldu. Çünki elə bayram etmək olar ki, sonra hər şeyi əldən verəsən. Biz dərhal növbəti mərhələyə hazırlaşmağa başladıq.
2023-cü ildən sonra isə Azərbaycana qarşı açıq təhdidlər və sanksiya cəhdləri başladı. Biz o vaxtdan bu günə qədər müxtəlif cəbhələrdə həmin təzyiqlərə qarşı mübarizə aparırıq.
 

Yeri gəlmişkən, bir az əvvəl "orta güc" anlayışının meyarlarından danışarkən bir məqamı unutmuşdum. Onlardan biri də eyni vaxtda bir çox cəbhədə müqavimət göstərə bilmək bacarığıdır. Mən bizim vəziyyəti başqa münaqişələrlə müqayisə etmək istəmirəm. Adətən hansısa ölkəni bir qrup dövlət dəstəkləyir, digər qrup isə ona qarşı çıxır.


Bizim vəziyyət isə tam fərqli idi. Biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik. Bu proses bu gün də davam edir. Ona görə də sakit həyat olmayacaq. Heç kim buna ümid etməsin”.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 İyul 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri