İlham Əliyev bir daha sübut etdi ki, mövcud iqtidar heç bir xarici gücdən asılı deyil
Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Moskvaya səfərdən imtina etməsi Rusiyanın özünün günahıdır. Azərbaycan dövləti hər zaman Rusiya ilə əlaqələrə önəm verib. Baxmayaraq ki, Moskva 30 illik işğal dövründə Ermənistanı müdafiə edirdi, Azərbaycana qarşı ən böyük hücum məhz onun verdiyi və ya istehsalı olan silahlarla həyata keçirildi, buna rəğmən dövlətimiz rus qoşunlarının müharibədən sonra suverenliyimiz bərpa edilməmiş bölgələrində yerləşdirilməsinə etiraz etmədi. Halbuki bu dövrdə həmən bölgədəki rus qoşunlarının komandanları dəfələrlə hədlərini aşırdılar. Ancaq Rusiya son zamanlarda münasibətləri korlamaqla məşğul oldu. 2024 - cü ilin dekabrında Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulması ilə başlayan proses istintaqın faktiki aparılmaması, günahkarların cəzalandırılması ilə davam etdi. Son olaraq Rusiya dövləti özünün dəvət etdiyi qonağa - Azərbaycan Milli Məclisin deputatı Azər Badamova qarşı etdiyi davranışla faktiki ipləri qopardı. Azərbaycan cəmiyyəti dövlətdən bu məsələlərlə bağlı həlledici cavab gözləyirdi və diplomatik münasibətlərdə ustalığını dəfələrlə nümayiş etdirmiş İlham Əliyev bu prosesə ümumi cavab verdi. Əliyev bir daha həm daxili, həm xarici rəqiblərinə sübut etdi ki, mövcud iqtidar heç bir xarici gücdən asılı deyil, tamamilə xalqın maraqları naminə siyasət yürüdür.
Zeynal Əmrəliyev, politoloq
Bu mövzuda digər xəbərlər:İlham Əliyev sübut etdi ki... Simonyan
22 Oktyabr 2025 14:43
Bugünkü hadisələrin inkişafı bir daha sübut edir ki... İlham Əliyev
18 Dekabr 2024 11:32
İlham Əliyev Bakıda daha bir açılış etdi
07 Noyabr 2024 10:23
İlham Əliyev daha bir qanunu təsdiq etdi
25 Noyabr 2024 14:24
İlham Əliyev daha bir görüş keçirdi
17 Noyabr 2024 12:16
Baxış sayı:101
Bu xəbər 08 May 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















