Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İlham Əliyev: Bu düzəliş tamamilə aradan qaldırılmalıdır!

İlham Əliyev: Bu düzəliş tamamilə aradan qaldırılmalıdır!

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Masanı keçmişin bu qalıqlarından təmizləmək üçün...

Azərbaycanın son illərdə həyata keçirdiyi balanslı, praqmatik və çoxvektorlu xarici siyasət xətti beynəlxalq müstəvidə ölkəmizin mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Regional liderliyini real addımlarla təsdiqləyən Bakı həm təhlükəsizlik, həm enerji, həm də nəqliyyat-logistika sahələrində etibarlı tərəfdaş kimi qəbul olunur. Məhz bu kontekstdə Bakı-Vaşinqton münasibətlərində yeni, daha rasional və strateji yanaşmaya əsaslanan mərhələnin formalaşması diqqət çəkir. Uzun müddət müxtəlif siyasi təsirlərin və ikili standartların kölgəsində qalan ABŞ-Azərbaycan əlaqələri bu gün qarşılıqlı maraqlara söykənən əməkdaşlıq modeli müstəvisində inkişaf edir.

Azərbaycanın regional sabitliyin təminində oynadığı mühüm rol, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, terrorizmə və transmilli təhdidlərə qarşı beynəlxalq səviyyədə nümayiş etdirdiyi məsuliyyətli mövqe Vaşinqton - Bakı tərəfdaşlığına yeni bir rəng qatır. Bu reallıqlar fonunda artıq vaxtilə tamamilə fərqli geosiyasi şəraitdə qəbul edilmiş və mahiyyət etibarilə ədalətsiz xarakter daşıyan 907-ci düzəlişin mövcudluğu ABŞ-Azərbaycan münasibətlərinin ruhuna ziddir. Sözügedən düzəliş nə regiondakı indiki siyasi reallıqları, nə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini əks etdirir. Ona görə də Bakı-Vaşinqton əlaqələrinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda 907-ci düzəlişin tam ləğvi zərurətə, hətta məntiqi tələbə çevrilib.

“O vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki...”

Bu düzəliş ədalətsiz ruha malik olmaqla yanaşı, o dövrün Azərbaycan hakimiyyətinin səriştəsizliyinin, qeyri-peşəkarlığının bariz isbatı idi. Təsadüfən hakimiyyətə gəlmiş bu şəxslərin diplomatiyadan anlayışlarının olmaması ölkəmizi min bir fəlakətlə üz-üzə qoydu. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Azərbaycan diplomatiyasına rəhbərlik edən insanlar heç bir dildə danışa bilmirdilər, hətta Azərbaycan dilində düz-əməlli danışa bilmirdilər və heç bir təcrübəsi olmadan, yəni hansısa diplomatiyaya, siyasətə aid olmayan sahələrdən gətirilərək bu mühüm vəzifələrə təyin olundular: “Əgər Azərbaycan o vaxt öz haqq sözünü Amerika rəhbərliyinə çatdıra bilsəydi, əgər mübarizə aparsaydı, onda bəlkə də Konqresdə erməni lobbisi tərəfindən təşkil edilmiş bu məsələyə Amerika administrasiyası başqa prizmadan da baxa bilərdi. Hər halda Konqres müstəqil orqan olsa da, xarici siyasətlə bağlı olan məsələləri bir çox hallarda Prezident Administrasiyası ilə müzakirə edir. Məndə olan məlumata görə, o vaxt Azərbaycanda hakimiyyətdə olanlar heç bilmirdilər ki, gündəlikdə belə bir məsələ var, belə bir qanun qəbul olunacaq və Azərbaycana qarşı bu ədalətsiz düzəliş tətbiq ediləcək”.

Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib...

Vurğulandığı kimi, bu həm də böyük ədalətsizlik idi - Azərbaycanın işğala məruz qalan ölkə olmasına, Ermənistan dövləti tərəfindən Xocalı soyqırımının törədilməsinə, xalqımıza qarşı hərbi cinayətin həyata keçirilməsinə baxmayaraq ABŞ Konqresi məhz işğalçı ölkənin lehinə addım atdı. Erməni lobbisinin təsiri və təzyiqi ilə qəbul edilən bu düzəlişin “ərsəyə gəlməsində” canfəşanlışq edənlərin adları isə geniş ictimaiyyətə yaxından bəllidir. Hətta sonradan ABŞ-ın dövlət piramidasında ən yüksək zirvəyə belə çıxan şəxslər bu ədalətsizlikdə rol oynadı - bunun ən real misalı isə sonradan prezident olmuş Co Bayden idi.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmişdir. “Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyən dövlət başçısı vurğulayıb ki, o vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi: “Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi-nəzərdən çox təsirli idi”.

Bizim qapımızı döyməyin...

Azərbaycan daim bu haqsızlığın aradan qaldırılması istiqamətində səy göstərib - 2001-ci ildə isə ABŞ prezidenti 907-ci düzəlişin dayandırılması haqqında qərar imzaladı. Təbii ki, burada gənc Azərbaycan dövlətinin regiondakı strateji əhəmiyyəti, Azərbaycan hakimiyyətinin çevik xarici siyasət kursu böyük əhəmiyyət daşıyırdı. Bu düzəlişin tətbiqinin dayandırılması 23 il davam etdi - təəssüfləndirici haldır ki, ABŞ-ın Əfqanıstandakı missiyası başa çatdıqdan sonra, yəni, 2024-cü ildən bu ədalətsiz düzəliş yenidən tətbiq olunmağa başladı. Bu isə həm də həmin dövrdə hakimyyətdə olan Bayden-Blinken tandeminin ölkəmizə qarşı tutduğu qeyri-adekvat münasibətinin nəticə idi. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, - hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, - Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı: “Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik”.

Biz gözləyirik ki...

Bakı-Vaşinqton münasibətlərində müşahidə olunan yeni və daha praqmatik əlaqələr tərəflər arasında yeni münasibətlər sistemi formalaşdırıb. Prezident İlham Əliyevin ABŞ-a səfəri, Prezdient Donald Tramp ilə görüşləri, eləcə də, ABŞ dövlət başçısının Azərbaycan Prezidentinə ünvanladığı çoxsaylı məktublar bunu deməyə əsas verir. Bu kontekstdə tərəflərin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq xəttini ön plana çəkməsi dövlətlərarası münasibətlərdə mövcud olan kiçik mənfi effektlərin tədricən neytrallaşdırılmasına xidmət edə bilər.  Ötən ilin avqustunda Vaşinqtonda keçirilən görüşlər, iki ölkə Prezidentinin Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalaması münasibətləri yeni bir mərhələyə daşıyır. Bu mənada keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır, ABŞ-ın Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünü özündə ifadə edir. Düzəlişin ləğvi isə bütövlükdə regiionun inkiaşfında yeni bir cığır açacaq. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə vəziyyət tamamilə dəyişib: “İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?! Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”.

Vurğulandığı kimi, Bakı regional sülhün, əməkdaşlığın və Qərblə Şərq arasında strateji körpünün əsas təminatçılarından birinə çevrilib - 907-ci düzəliş kimi selektiv və ədalətsiz yanaşmaların davam etdirilməsi isə günümüzün siyasi çağırışları ilə səsləşmir. Sözügedən düzəlişin ləğvi Bakı-Vaşinqton əlaqələrində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və strateji əməkdaşlığın institusional əsaslar üzərində inkişafına mühüm töhfə verə bilər.

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri