İlham Əliyev Budapeştdə: “Sülh təşəbbüsü bizdən gəlib, Ermənistan indi bunu qəbul edir”
Dogru.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla keçirilən görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinə və sülh prosesinə də toxunub.
Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün bərqərar olunması üçün ilk təşəbbüskar məhz Azərbaycan olub. O qeyd edib:
“İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının da təşəbbüskarı biz olmuşuq, sülh müqaviləsinin mətninin də müəllifi biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib. Təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Azərbaycan Prezidentinin bu açıqlaması, ölkəmizin sülhə verdiyi önəmi bir daha nümayiş etdirir və beynəlxalq ictimaiyyətə sülh prosesindəki prinsipial mövqeyimizi göstərir.
İlqam Cəbiyev
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 21 May 2025 06:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















