Icma.az
close
up
RU
İlham Əliyev Donald Trampa məktub göndərib

İlham Əliyev Donald Trampa məktub göndərib

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün birinci ildönümü ilə əlaqədar ABŞ Prezidenti Donald Trampa məktub göndərib.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.

Nəktubda deyilir:

- Hörmətli cənab Prezident,

Amerika Birləşmiş Ştatlarının ev sahibliyi ilə 2025-ci ilin 8 avqust tarixində Azərbaycan ilə Ermənistan arasında sülhün təməlini qoyan tarixi Vaşinqton Zirvə Görüşündən bir il ötür.

Bir il əvvəl Siz öz üzərinizə məsul tarixi missiyanı götürərək Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində dönüş nöqtəsi yaratdınız. Qətiyyətiniz və sarsılmaz iradəniz sayəsində Siz üç onillik ərzində davam edən münaqişənin tamamilə sona çatmasına, xalqlarımız üçün barışığın və qarşılıqlı tərəfdaşlıq dövrünün əsasını qoymağa nail oldunuz.

Ağ Evdə Sizin şahidliyiniz ilə imzaladığımız üçtərəfli Birgə Bəyannamə, Azərbaycan ilə Ermənistan arasında paraflanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı qəbul edilən birgə müraciət regionda davamlı sülhün və sabitliyin təmin olunmasında həlledici rol oynadı, gələcək dayanıqlı inkişaf və qarşılıqlı əməkdaşlıq üçün parlaq səhifə açdı. Eyni zamanda sülhquruculuğu səylərinizin mühüm nəticələrindən biri də – TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir. Regionun sülh gündəliyinin təşviqi ilə əlaqədar nümayiş etdirdiyiniz güclü liderliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu gün Azərbaycan cəmiyyəti artıq bölgədə formalaşmış yeni reallıqda və sülh mühitində yaşamağa uyğunlaşır. Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görüldü. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətlər aradan qaldırıldı, Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən isə taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac olunmağa başladı. Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur, onu daha da möhkəmləndirmək və əməli fəaliyyətə çevirmək, qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün səylərimizi davam etdiririk.

Hörmətli cənab Prezident,

Keçən ilin avqustunda Vaşinqtonda baş tutan görüş Azərbaycan-ABŞ ikitərəfli əlaqələri baxımından da mühüm tarixi əhəmiyyətə malikdir. Məhz həmin görüşün nəticəsində dövlətlərarası münasibətlərimiz keyfiyyətcə yeni strateji tərəfdaşlıq mərhələsinə qədəm qoydu. 6 ay sonra Vitse-prezident Cey. Di. Vensin Azərbaycana səfəri və səfər zamanı qarşılıqlı sərmayə, ticarət, enerji, bağlantılar, nəqliyyat, süni intellekt, təhlükəsizlik sahələrini əhatə edən Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, habelə son bir il ərzində reallaşmış ali və yüksəksəviyyəli təmaslar və əldə olunmuş razılaşmalar qısa zaman kəsiyində qət etdiyimiz uğurlu yolun və Sizin Azərbaycan-ABŞ əlaqələrinin inkişafına verdiyiniz önəmin göstəricisidir.

Eyni zamanda “Azadlığı Müdafiə Aktı”na ayrı-seçkilik səciyyəli 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə Sizin qərarınızı tarixi ədalətin bərpası istiqamətində önəmli addım olaraq qiymətləndiririk.

Fəxrlə deyə bilərik ki, Azərbaycan-ABŞ əlaqələrinin bugünkü səviyyəsi 34 illik diplomatik münasibətlərinin tarixində ən yüksək zirvədə qərarlaşmışdır. Bu böyük nailiyyətə, o cümlədən strateji tərəfdaşlığımızın təşəkkülündə və dərinləşməsində əvəzsiz xidmətlərinizə görə Sizə şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından bir daha təşəkkürümü ifadə edirəm.

Biz bundan sonra da Azərbaycan ilə ABŞ arasında dostluğa, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək və yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu istiqamətdə Sizinlə birgə çalışmağı səbirsizliklə gözləyirik.

Sizə dərin hörmət və ehtiramlarımı izhar edir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının əmin-amanlığı, rifahı və firavanlığı naminə şərəfli və məsul fəaliyyətinizdə daim müvəffəqiyyətlər arzulayıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri