“İlham Əliyev əvvəldən bu mövqedən çıxış edib, biz də razılaşmamışıq” Peskov
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
“Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya və Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Bu məsələdə bizim fərqli fikirlərimiz var. Əvvəldən Azərbaycan Prezidenti İlham Əliyev bu mövqedən çıxış edib. Biz əvvəldən bununla razılaşmamışıq”, - Kreml sözçüsü qeyd edib.
O, bu fikir ayrılıqlarının ikitərəfli münasibətlərdə soyuqluğa səbəb olmayacağına ümid etdiyini bildirib.
“Eyni zamanda, biz ümid edirik ki, bu fikir ayrılıqları bizim üçün ikitərəfli münasibətlərdə soyuqluğa səbəb olmayacaq. Və mövcud vəziyyət naminə qarşılıqlı, faydalı maraqları qurban verməyəcəyik”, - Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 3-cü Qlobal Şuşa Forumunda ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablayarkən onlara işğalla barışmamağı tövsiyə etmişdi.
Bu mövzuda digər xəbərlər:Kreml: “Əvvəldən İlham Əliyev bu mövqedən çıxış edib”
22 İyul 2025 14:09
İlham Əliyev BMT də çıxış edir
25 Sentyabr 2025 20:58
Prezident İlham Əliyev Ukrayna ilə bağlı əvvəldən bu mövqeni tutub
22 İyul 2025 14:19
İlham Əliyev SIDS Sammitində çıxış edib CANLI
13 Noyabr 2024 12:45
İlham Əliyev Millət sarayında çıxış edib (Yenilənib)
13 Oktyabr 2025 08:08
Baxış sayı:33
Bu xəbər 22 İyul 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















