Icma.az
close
up
RU
İlham Əliyev fərman imzaladı

İlham Əliyev fərman imzaladı

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 461-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 41-ci maddəsinin 3-cü hissəsində hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 41-ci maddəsinin 3-cü hissəsində birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 41-ci maddəsinin 3-cü hissəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;

1.4. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinin birinci abzasında hər iki halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.5. həmin Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin birinci abzasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;

1.7. “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci (hər iki halda), 5.3-cü, 6.2-ci, 7.1.4-cü, 7.3-cü maddələrində, 7-1.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsində, 14-cü və 15-ci maddələrinin ikinci hissələrində, 19-cu maddəsinin birinci–üçüncü hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.8. həmin Qanunun 5.3-cü, 6.2-ci maddələrində, 7-1.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsində və 21-ci maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.9. həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində və 19-cu maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.10. həmin Qanunun 20-ci və 21-ci maddələrinin birinci hissələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;

1.11. həmin Qanunun 5.1-ci (birinci halda), 7.1.4-cü, 7.3-cü maddələrində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.12. həmin Qanunun 5.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;

1.13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-1-ci və 13.13-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.14. həmin Qanunun 13.13-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.15. həmin Qanunun 5.1-ci maddəsinin üçüncü cümləsində, 5.4-cü maddəsinin birinci cümləsində (hər iki halda), 11.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 13.10-cu maddəsində, 16.1-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində və 18.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qeydiyyat orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;

1.16. həmin Qanunun 1.0.2-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;

1.17. “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi fəaliyyətə başlayanadək bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən “Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları”nın 4-cü hissəsində və bu Fərmanın 3-cü hissəsi ilə təsdiq edilən “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları, o cümlədən reyestrdə saxlanılan məlumatların tərkibi”nin 9-cu hissəsində nəzərdə tutulmuş ərizələr “ASAN xidmət” mərkəzlərində, həmin mərkəzlərin olmadığı inzibati ərazi vahidlərində isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində qəbul edilir.

2. “Daşınmaz əmlakın dövlət kadastrının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

3. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları, o cümlədən reyestrdə saxlanılan məlumatların tərkibi” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət kadastr sənədlərinin məzmununa dair təkliflərini hazırlayıb altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 461-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

5. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 165 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

5.1. adında və preambulada “Dövlət torpaq” sözləri “Daşınmaz əmlakın dövlət” sözləri ilə əvəz edilsin;

5.2. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci (hər iki halda), 5.3-cü, 6.2-ci, 7.1.4-cü, 7.3-cü maddələrində, 7-1.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsində, 14-cü və 15-ci maddələrinin ikinci hissələrində, 19-cu maddəsinin birinci – üçüncü hissələrində, 20-ci maddəsinin birinci hissəsində, 21-ci maddəsinin birinci və ikinci hissələrində, 22-ci maddəsinin ikinci hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 5.3-cü, 6.2-ci maddələrində, 7-1.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci maddəsində və 21-ci maddəsinin ikinci hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində və 19-cu maddəsinin üçüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 20-ci və 21-ci maddələrinin birinci hissələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;

2.5. həmin Qanunun 5.1-ci (birinci halda), 7.1.4-cü, 7.3-cü maddələrində, 15-ci maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci və ikinci hissələrində və 22-ci maddəsinin ikinci hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 22-ci maddəsinin ikinci hissəsində ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

2.7. həmin Qanunun 5.1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur.”.

6. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823; 2025, № 8, maddə 750; 2026, № 4, maddə 304; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 17 avqust tarixli 771 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bəndə “və 5-ci hissəsində,” sözlərindən sonra “41-ci maddəsinin 3-cü hissəsində (hər iki halda),” sözləri əlavə edilsin;

6.2. aşağıdakı məzmunda 2.5-3-cü bənd əlavə edilsin:

“2.5-3. həmin Məcəllənin 41-ci maddəsinin 3-cü hissəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;”;

6.3. 2.10-cu bəndə “Məcəllənin” sözündən sonra “41-ci maddəsinin 3-cü hissəsində (birinci halda) və” sözləri əlavə edilsin.

7. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035; 2026, № 1, maddə 24; № 6, maddə 516; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 17 avqust tarixli 771 nömrəli Fərmanı) 3.9-cu bəndindən “(hər iki halda)” sözləri çıxarılsın.

8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 621 (Cild I) 4.2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 4.2.1-ci yarımbənddən “, qurğular” sözü çıxarılsın və həmin yarımbənddə “12.1-ci və 23.2-ci maddələrində” sözləri “23.2-ci maddəsində” sözləri ilə, “5.2-ci, 5.3-cü, 5.4-cü, 9.2-ci, 9.5-ci, 10.2-ci, 12.1-ci, 14.1-ci, 14.4-cü, 16.1-ci, 18.2-ci, 20.3-cü, 22.2-ci və 23.2-ci maddələrində” sözləri “5.1-ci maddəsinin üçüncü cümləsində, 5.3-cü maddəsində, 5.4-cü maddəsinin birinci cümləsində (hər iki halda), 9.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 9.2-1-ci maddəsinin birinci cümləsində, 9.5-ci, 10.2-ci maddələrində, 11.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 12.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 13.10-cu, 13.11-1-ci, 14.1-ci, 14.4-cü maddələrində, 16.1-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində, ikinci hissəsinin birinci və ikinci cümlələrində, üçüncü hissəsində, 18.1-ci maddəsinin ikinci cümləsində, 18.2-ci, 20.3-cü və 22.2-ci maddələrinin birinci cümlələrində, 23.1-ci maddəsində” sözləri ilə əvəz edilsin;

8.2. 4.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.2.3. 1.0.2-1-ci maddəsində, 4.3-cü maddəsinin birinci cümləsində (ikinci halda), 5.6-cı maddəsinin ikinci cümləsində, 6.4-cü maddəsində, 7.2-ci maddəsində, 8.0.10-1-ci maddəsində, 9.3-cü maddəsinin ikinci cümləsində, 10.1-ci maddəsinin üçüncü cümləsində, 12.2-ci, 13.13-cü maddələrində, 14.2-ci və 14.3-cü maddələrinin dördüncü cümlələrində, 15.2-ci maddəsinin ikinci cümləsində, 16.1-1-ci maddəsində, 18.2-ci maddəsinin ikinci cümləsində, 19.1-ci maddəsinin dördüncü cümləsində və 20.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

8.3. 4.2.3-1-ci yarımbənddə “8.0.10-1-ci maddəsində” sözləri “8.0.10-1-ci və 13.13-cü maddələrində” sözləri ilə əvəz edilsin;

8.4. 4.2.4-cü və 4.2.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.2.4. 5.1-1-ci və 5.4-cü maddələrinin ikinci cümlələrində və 5.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.2.5. 8.0.1-ci, 15.1.4-cü maddələrində nəzərdə tutulmuş icra hakimiyyəti orqanlarının və 19.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”;

8.5. 4.2.8-ci yarımbənddən “maddəsində (hər iki halda)” sözləri çıxarılsın;

8.6. 4.2.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.2.10-cu yarımbənd əlavə edilsin:

“4.2.10. 1.0.2-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur.”.

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 439 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 665 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 2.1-ci bənd 2.1-1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.1-ci bənd əlavə edilsin:

“2.1. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin üçüncü hissəsinin birinci abzasında (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

9.2. 2.1-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1-1. həmin Qanunun 4-cü maddəsində və 9-cu maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinci cümləsində və üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

9.3. aşağıdakı məzmunda 2.1-2-ci və 2.1-3-cü bəndlər əlavə edilsin:

“2.1-2. həmin Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

2.1-3. həmin Qanunun 8-ci maddəsinin üçüncü hissəsinin birinci abzasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;”.

10. “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 627 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 1-ci hissə ləğv edilsin;

10.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlaka dair kadastr məlumatlarının çöl ölçmə işləri (texniki inventarlaşma) aparılmaqla toplanılmasını və daşınmaz əmlakın dövlət kadastrına daxil edilməsini təmin etsin və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat versin;”;

10.3. 2.2-ci bənd ləğv edilsin;

10.4. 3.1-ci bənddə “əmlakın texniki inventarlaşdırılması işlərinin” sözləri “əmlakla bağlı çöl ölçmə işlərinin (texniki inventarlaşmanın)” sözləri ilə əvəz edilsin;

10.5. 3.2-ci bənd ləğv edilsin.

11. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 791 (Cild I) ləğv edilsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Sentyabr 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri