İlham Əliyev: “Gündəliyimizdə rəqəmsal transformasiya və süni intellektin inkişafı da var” KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Azərbaycanın qlobal gündəliyi dayanıqlı inkişafın təyin edilməsi, Qarabağın bərpası, yenidən qurulması, bu layihələrin yekunlaşdırılmasıdır.
KONKRET.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
“Onların həyata keçirilməsi nəticəsində nəqliyyat marşrutları yaradılacaq. Bizim gündəliyimizdə rəqəmsal transformasiya və süni intellektin inkişafı da var”, – dövlət başçısı vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın enerji resurslarına tələbat artır: “O cümlədən bizim bərpa olunan enerji mənbələrinə tələbat artır. Bizim böyük potensialımız var. Yalnız burada, Qarabağ bölgəsində 340 meqavat su, 340 meqavat gücündə günəş elektrik stansiyalarının inşasını bitiririk. Avropa bazarlarına elektrik enerjisinin ixracı gündəliyimizdə olan əsas məsələlərdən biridir. Çünki Avropanın buna ehtiyacı var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 İyul 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















