Icma.az
close
up
RU
İlham Əliyev haqqında Böyük Britaniya mətbuatında məqalə dərc edildi

İlham Əliyev haqqında Böyük Britaniya mətbuatında məqalə dərc edildi

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyanın nüfuzlu mətbu orqanlarından biri “The Telegraph”da Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və normallaşma prosesində əldə edilən tarixi nailiyyətlərdən bəhs edən məqalə dərc olunub.

Metbuat.az xəbər verir ki, məqalədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov qeyd edir ki, uzun illər davam edən Azərbaycan–Ermənistan münaqişəsi artıq yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin irəli sürdüyü yol xəritəsi sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, həmçinin bu gün “Vaşinqtonda tarixi imza” atılıb. Əlavə olaraq vurğulanır ki, “ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sənəd Azərbaycan və Ermənistan arasında yeni səhifə açılıb. Prezident İlham Əliyevin uzaqgörən strategiyası bölgədə normallaşma və əməkdaşlıq üçün real zəmin formalaşıb”.

Məqalədə həmçinin qeyd olunur ki, ABŞ-nin “907-ci düzəlişi ləğv etməsi” Azərbaycan–ABŞ münasibətlərində yeni dövrün başlanğıcıdır. SOCAR ilə ExxonMobil arasında imzalanan sənəd isə əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmlənib.

Yazıda həmçinin, vurğulanır ki, Azərbaycan və Ermənistanın birgə müraciətlə ATƏT-in fəaliyyətsiz Minsk Qrupunun ləğvini istəməsi region xalqlarının öz gələcəklərini kənar diktələrlə deyil, öz iradələri ilə müəyyən etmək əzmini nümayiş etdirir.

Prezident İlham Əliyevin Vaşinqtonda səsləndirdiyi “Azərbaycan və Ermənistan düşmənçiliyi arxada qoyur və sülhü seçir” fikri məqalədə xüsusi yer tutur.

Digər diqqətçəkən məqam isə, Donald Trampın Nobel Sülh Mükafatına namizədliyinin Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən dəstəklənməsidir.

O, bunu simvolik addım kimi dəyərləndirərək yazır ki, “Nobel mükafatının Bakıya bağlılığı” heç kimin yadından çıxmamalıdır: “Vaxtilə Nobel qardaşları məhz Bakıda neftdən əldə etdikləri gəlirlər hesabına bu mükafatı təsis etmişdilər. Bu baxımdan, Trampın Nobel Sülh Mükafatına namizədliyi həm tarixi, həm də mənəvi cəhətdən bölgəmizlə bağlılıq daşıyır”.

Məqalənin sonu belə yekunlaşır: “Bu gün Qafqaz xalqları üçün real şans var-düşmənçiliyi arxada qoyaraq əməkdaşlıq və inkişaf yoluna çıxmaq. Prezident İlham Əliyevin strategiyası bölgədə sabitlik, rifah və dayanıqlı gələcək üçün möhkəm təməl yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Avqust 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri