Icma.az
close
up
RU
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib FOTOLAR (Yenilənib)

İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib FOTOLAR (Yenilənib)

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda - böyük bir ərazidə də var.

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.

Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.

Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.

İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.

Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.

Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 Dekabr 2024 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1218

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see186

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see143

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see121

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Yarış superkarı ilk dəfə şəhər yollarında görünəcək

16 İyul 2025 05:43see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri