Icma.az
close
up
RU
İlham Əliyev Heydər Əliyevin siyasətini Zəfər lə taclandıran Liderin 22 illik yolu

İlham Əliyev Heydər Əliyevin siyasətini Zəfər lə taclandıran Liderin 22 illik yolu

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

15 oktyabr 2003-cü ildə Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. 15 oktyabr 2003-cü il Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı kimi yadda qaldı. Həmin gün xalqın mütləq əksəriyyətinin etimadı ilə Prezident seçilən İlham Heydər oğlu Əliyev, müstəqil Azərbaycanın inkişaf, sabitlik və yüksəliş yolunu uğurla davam etdirdi.

Bu gün, 15 oktyabr 2025-ci ildə bu tarixi hadisədən 22 il ötür. Bu illər yalnız bir liderin siyasi fəaliyyət dövrü deyil, eyni zamanda Azərbaycanın müstəqilliyini möhkəmləndirən, dövlətçiliyini gücləndirən, torpaqlarını azad edən və milli qürurunu bərpa edən bir dövr kimi tarixə yazılıb.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyev haqqında tarixi müraciətə nəzər yetirək.

2003-cü ilin iyulunda səhhətində yaranan problemlərlə əlaqədar Ulu Öndər Heydər Əliyev xalqa tarixi müraciətində İlham Əliyevin dövlətə və xalqa xidmət əzmini yüksək qiymətləndirərək belə demişdi:

“Üzümü Sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu müraciət sadəcə bir siyasi dəstək deyil, Ulu Öndərin strateji uzaq görənliyinin və dövlətçilik davamlılığının təntənəsi idi. Heydər Əliyevin arzuladığı güclü, qüdrətli, azad Azərbaycan məhz İlham Əliyevin liderliyi ilə reallığa çevrildi.

22 ilin salnaməsi – inkişaf, güc və qələbə yolu

Cənab Prezident İlham Əliyevin 22 illik fəaliyyəti Azərbaycanın bütün istiqamətlərdə misilsiz nailiyyətlər qazandığı bir dövrdür.

Bu illərdə ölkəmiz:

Sabitlik və təhlükəsizlik adasına çevrildi.Sürətli iqtisadi inkişaf tempinə görə regionda lider mövqeyə yüksəldi.Neft strategiyası və enerji diplomatiyası sayəsində dünya enerji xəritəsində mühüm rol oynadı.Beynəlxalq nüfuzunu möhkəmləndirərək, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.Ordu quruculuğunda inqilabi islahatlar aparıldı.Ən əsası, torpaqlarımız 30 illik işğaldan azad edildi və tarixi ədalət bərpa olundu.Qarabağ Zəfəri – İlham Əliyevin liderliyinin zirvəsi oldu!

2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi cənab Prezident İlham Əliyevin siyasi iradəsi, xalqın birliyi və Azərbaycan Ordusunun gücü sayəsində Azərbaycanın şanlı Zəfəri ilə başa çatdı. Bu qələbə təkcə torpaqların azad olunması deyil, millətin qürurunun, tarixi ədalətin və dövlət suverenliyinin bərpası idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan BMT qətnamələrinin icrasını özü təmin etdi, işğala son qoydu və regionda yeni geosiyasi reallıq yaratdı.

Şuşanın azad edilməsi ilə başa çatan bu Zəfər, xalqın yaddaşında “dəmir iradə”, “ədalət uğrunda mübarizə” və “liderlik möcüzəsi” kimi həkk olundu.

Post müharibə dövrü – Böyük Qayıdış və quruculuq mərhələsi

Zəfərdən sonra cənab Prezident İlham Əliyevin diqqət mərkəzində azad edilmiş ərazilərin bərpası, infrastrukturun yenidən qurulması və Böyük Qayıdışın təmin edilməsi dayanır.

Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdam, Kəlbəcər və digər bölgələrdə “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları əsasında tikinti və bərpa işləri aparılır.

Yeni aeroportlar, magistral yollar, su və enerji layihələri Azərbaycanın dirçəliş modelini formalaşdırır. Bu siyasət yalnız bərpa prosesi deyil, həm də ərazi bütövlüyünün davamlı təminatı və milli həmrəyliyin möhkəmlənməsi deməkdir.

Qlobal siyasətdə İlham Əliyev faktoru

Cənab Prezident İlham Əliyev bu 22 il ərzində Azərbaycanı beynəlxalq arenada etibarlı tərəfdaş, sülh təşəbbüskarı və regional lider kimi mövqeləndirib. Türk Dövlətləri Təşkilatında, Qoşulmama Hərəkatında və digər beynəlxalq qurumlarda Azərbaycanın artan rolu onun müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətinin nəticəsidir. Prezident İlham Əliyev həm də sülhün və ədalətin tərəfdarı kimi regionda uzunmüddətli sabitliyin əsas memarına çevrilib.

Güclü dövlət, qüdrətli lider

Bu gün, 15 oktyabr 2025-ci ildə Azərbaycan xalqı 22 illik Prezidentlik fəaliyyətinə baxaraq qürurla deyir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları gerçəkləşib, onun siyasi məktəbi Zəfərlə tamamlanıb.

Cənab Prezident İlham Əliyev bu illər ərzində xalqın liderinə, dövlətin simvoluna, Zəfər Prezidentinə çevrilib.

Azərbaycan tarixində Ulu Öndər Heydər Əliyevin müdrikliyi ilə başlanan dövlətçilik dövrü, cənab Prezidentə İlham Əliyevin liderliyi ilə güc və qələbə mərhələsinə yüksəlib. Bu yolun hər bir günü dövlətçiliyin, ədalətin və milli birliyin rəmzidir. Azərbaycan xalqı əmindir ki, bu liderliyin tək hədəfi sabit, müstəqil və daha qüdrətli Azərbaycandır!

Nicat İsmayılov

Müəllif: Nicat İsmayılov

YAP Yasamal rayon təşkilatı “ Akim Abbasov küç. 73E” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Oktyabr 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri