Icma.az
close
up
RU
İlham Əliyev iki həmkarını təbrik etdi

İlham Əliyev iki həmkarını təbrik etdi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

"Cebheinfo.az" xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Birləşmiş Ərəb Əmirlikləri Sizin rəhbərliyiniz altında böyük uğurlara imza ataraq dünyanın inkişaf etmiş və böyük nailiyyətlər qazanmış ölkələrindən birinə çevrilmişdir.

Qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək üzərində qurulmuş Azərbaycan-BƏƏ dövlətlərarası münasibətləri hazırda dinamik və hərtərəfli inkişaf etməkdədir. Fəal siyasi dialoqumuz bütün sahələrdə əməkdaşlığımızı daha da genişləndirmək üçün yaxşı zəmin yaradır. Cari il ərzində Sizin Azərbaycana həyata keçirdiyiniz iki səfər qardaşlıq münasibətlərimizin yüksək səviyyəsindən xəbər verir.

Son dövrdə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Enerji sektorunda, xüsusilə də yaşıl enerji sahəsində atdığımız önəmli addımlar məmnunluq doğurur. Bu xüsusda ölkənizin “Masdar” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycandakı səmərəli fəaliyyətini ayrıca vurğulamaq istərdim.

Eyni zamanda Azərbaycanın COP29 sədrliyi ilə BƏƏ-nin COP28 sədrliyi arasında təşəkkül tapmış uğurlu əməkdaşlıq münasibətlərini təqdir edir, ölkələrimizin bundan sonra da iqlim fəaliyyətinin irəli aparılması istiqamətində birgə çalışacağına inamımı ifadə edirəm

Əminəm ki, Azərbaycan-BƏƏ dostluğunun və etibarlı tərəfdaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli əsaslarda genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarı Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, məktubunda Laos Xalq Demokratik Respublikasının Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ürəkdən təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Dövlətimizin başçısı, həmçinin laoslu həmkarını Azərbaycana səfərə dəvət edib.

Prezident İlham Əliyev bu bayram günündə Thonqlun Sisulitə ən xoş arzularını çatdırıb, dost Laos xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see220

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see205

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see198

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see190

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see184

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see183

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see180

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see180

Bu binalarda evi olanlar UDDU

27 May 2026 12:54see177

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see176

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see175

Mourinyo “Barselona”dan onu istəyir

27 May 2026 16:39see173

Tünzalə Ağayeva imicini dəyişdi “Xınalı qız”

28 May 2026 11:52see172

Azərbaycan liderinə təbriklər gəlməkdədir

27 May 2026 01:14see170

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see169

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see166

Robertson “Tottenhem”ə keçir: “Yuventus” gecikdi

28 May 2026 01:26see163

İsti havalarda balıq YEYƏK, yoxsa YOX?

27 May 2026 12:19see155

İrandakı müharibə Toyota ya zərbə vurdu: 83 min avtomobil...

28 May 2026 02:31see154

Dünyaca məşhur keçmiş futbolçu Osimhenə müraciət etdi

27 May 2026 14:18see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri