Icma.az
close
up
RU
İlham Əliyev: İndi dünyada beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb KONKRET

İlham Əliyev: İndi dünyada beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Bir nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, həm də eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gücümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir. Bizim hərbi imkanımız, gücümüz olmasaydı, heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. İndi dünyada nəinki siyasətlə məşğul olanlar, hesab edirəm ki, bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”.

KONKRET.az xəbər verir ki, “İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 140-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı sentyabrın 23-də Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqi zamanı söyləyib. Oxucu Azərbaycan Prezidentinin nitqinin tam mətni ilə bu kitabda tanış ola bilər.

Çoxcildliyin 140-cı kitabında toplanmış materiallar 2024-cü ilin sentyabr-oktyabr aylarını əhatə edir.

Yeni kitaba Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilmiş ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində iştirakına dair informasiya daxil edilib. Oxucu bu kitabda dövlətimizin başçısının İqtisadi məsələlərə həsr olunmuş müşavirədə, habelə Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışlarının mətnləri ilə də tanış ola bilər.

Prezident İlham Əliyev sentyabr ayında Ağdam rayonuna, Xankəndi və Şuşaya səfər edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olub, bir sıra müəssisələrin açılışında iştirak edib, eyni zamanda, yeni müəssisələrin təməlini qoyub. Dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının və bu universitetin təmirdən sonra açılış mərasimlərində iştirak edib, müəllim və tələbə heyəti ilə görüşüb. Şuşada isə dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında, Şuşada Bayraq meydanının açılış mərasimində iştirak edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib. Prezident oktyabr ayında Zəngilana və Cəbrayıla səfər edib. Dövlətimizin başçısı Cəbrayılda yaşayış kompleksinin açılış mərasimində iştirak edib və yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim edib. Bütün bunlar haqqında informasiyalar yeni kitabda verilib.

Çoxcildliyin 140-cı kitabında Prezident İlham Əliyevin Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirakına və çıxışına, “Rossiya-1” televiziya kanalına müsahibəsinə, habelə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasına səfərinə və plenar iclasda çıxışına dair materiallar da toplanıb.

Oxucu bu kitabda Azərbaycan Prezidentinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına, “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təşkilatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun, Pre-COP29 tədbirinin və Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlərin iştirakçılarına müraciətlərinin mətnləri ilə də tanış ola bilər.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Dekabr 2024 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri