Icma.az
close
up
RU
İlham Əliyev İran səfirinə: “Bütün bunlar tamamilə cəfəngiyatdır”

İlham Əliyev İran səfirinə: “Bütün bunlar tamamilə cəfəngiyatdır”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev iyunun 27-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun etimadnaməsini qəbul edib.

Yenisabah.az xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı İslam Respublikasının Prezidenti ilə dünən telefon danışığını və Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı aparılmış müzakirələri məmnunluqla xatırladı, bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin inkişafında yeni səhifə açdığını qeyd etdi.

Prezident İlham Əliyev vurğuladı ki, Məsud Pezeşkianın ölkəmizə səfəri zamanı səsləndirdiyi bəyanatlar və fikirlər Azərbaycan ictimaiyyəti tərəfindən çox müsbət qəbul olunub.

Dövlət başçısı İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın öz mövqeyini ifadə edən ilk ölkələrdən biri olduğunu deyərək, bu gərginliyi qınadığını vurğuladı və qarşıdurma zamanı həlak olan İran vətəndaşları ilə bağlı bir daha başsağlığını ifadə etdi. İranla İsrail arasında bu gərginliklə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən Prezident İlham Əliyev bütün bunların tamamilə cəfəngiyat olduğunu bildirdi.

Müctəba Dəmirçilu İran İslam Respublikasının ali rəhbərlərinin də Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğuladı.

Səfir Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını qeyd etdi. O, İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğuladı və buna görə də təşəkkürlərini çatdırdı. Səfir qeyd etdi ki, İran tərəfi də tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Diplomat, həmçinin xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Görüşdə Azərbaycanla İran arasında ikitərəfli siyasi, iqtisadi, ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparıldı. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində inşa olunan, Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi, ümumilikdə Araz nəqliyyat dəhlizinin inkişafı məsələləri müzakirə olundu.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyun 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri