Icma.az
close
up
RU
İlham Əliyev İrəvana gedəcək? “Armen Darbinyan Bakıya gəlmişdi” MÜSAHİBƏ

İlham Əliyev İrəvana gedəcək? “Armen Darbinyan Bakıya gəlmişdi” MÜSAHİBƏ

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun “Yeni Sabah”a müsahibəsi:

– “Avropa Siyasi Birliyi”nin növbəti zirvə toplantısı Ermənistanın paytaxtı İrəvanda keçiriləcək. Sizcə, 2026-cı ildə baş tutacaq toplantıda Azərbaycandan ən yüksək səviyyədə iştirak mümkündür?

–“Avropa Siyasi Birliyi”nin zirvə toplantıları qitə miqyasında ən vacib tədbirlərdən biridir. Onu, bir növ, yeni əlaqələrin formalaşdığı tədbir kimi başa düşmək olar. Prezident İlham Əliyevin gələn il İrəvanda baş tutacaq növbəti zirvə toplantısına qatılıb-qatılmayacağı gedişatdan və vəziyyətdən asılıdır. İndidən konkret nəsə demək çətindir. Bir çox postkonflikt sülh gündəmindən asılı olacaq.  pizza sifarişi

Növbəti ildə Ermənistanda parlament seçkiləri baş tutacaq. Bax bu seçkinin nəticəsindən asılı olaraq, dövlət başçısının bu toplantıya qatılıb-qatılmayacağı daha dəqiq bilinəcək. Paşinyanın rəqiblərinin Azərbaycanla sülhə münasibəti birmənalı deyil. Amma hər iki ölkə sülh gündəmini seçib. Sadəcə olaraq, həm Bakı, həm də İrəvan postkonflikt problemlərin həlli ilə məşğuldur. Bu baxımdan, gedişatdan asılı olaraq, müxtəlif variantlar mümkündür. 

Unutmayaq ki, 1998-ci ildə beynəlxalq “İpək Yolu” layihəsi ilə əlaqədar Ermənistan baş naziri Armen Darbinyan Bakıya gəlmişdi. Eyni zamanda, Ermənistan dövlət başçıları da dəfələrlə Türkiyədə olub. Analoji addımı türkiyəli siyasətçilər də artıb. Hər şey siyasi proseslərdən asılıdır.

– Ermənistan parlamenti Kopenhagendə baş tutan toplantı ilə eyni vaxtda bəyanat qəbul edib ki, artıq iki ölkə arasında sülh dövrüdür. Bu bəyanat sülhün tam bərqərar olması mənasına gəlirmi?

– Nikol Paşinyan Moskva görüşündən sonra çıxışlarında Azərbaycana aid tənqidləri daha da gücləndirib. Bu, Rusiyanın təzyiqi nəticəsində baş verən proseslərdir. Ermənistanın siyasəti bir çox xarici faktorlardan asılıdır. Onların hər biri öz xeyrinə çalışan geosiyasi oyunçulardır. Yaxın gələcəkdə özünü göstərəcək bir çox şey Ermənistanın siyasətindən asılıdır. 

Şəxsi rəyim odur ki, Paşinyan heç də müstəqil deyil. Kremlə qarşı onun hansısa real tənqidi mövqeyi yoxdur. Rusiyanın Ermənistanda hərbi bazası hələ də qalır və iki ölkənin hərbi əməkdaşlığı davam edir. Ona görə də müxtəlif variantlar mümkündür. Ermənistan sülh istəyirsə, hazırda davam edən postkonflikt məsələlərin həllində daha ciddi iştirak etməlidir.

– Zirvə toplantısında verilən mesajları necə dəyərləndirirsiniz? İndiki halda, xüsusən Rusiya məsələsində Avropanın vahid mövqedə olmasını demək olarmı?

– Bununla bağlı nəsə demək çətindir. Amma görünən odur ki, ABŞ Ukrayna müharibəsindən uzaqlaşmağa çalışır. Söhbət təkcə yardımdan yox, Kiyevə silah satmaqdan gedir. Ukraynanın mövqeyini dəstəkləmədə əsas yük Avropa ölkələrinin üzərinə düşür. Belə olan təqdirdə, ortaya daha çox maliyyə mövzuları çıxır. Avropa ölkələri arasında vahid təhlükəsizlik prinsiplərinin qəbul olunması ilə bağlı məsələ hələ də müzakirə predimetidir. 

Təəssüf ki, Ukraynada hərbi əməliyyatlar intensiv formada davam edir. Ola bilsin ki, Rusiya zamanla Avropa İttifaqının hansısa ciddi təzyiqləri ilə hərbi əməliyyatları nisbətən aşağı fazaya salsın. Qitədə artıq ABŞ-dən fərqli və müstəqil siyasət formalaşmaqdadır. Xüsusən də Fransa bu məsələdə qitənin liderliyi əlinə almaq istəyir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri