İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda istilik təchizatı sektorunda idarəetmə və dövlət nəzarəti mexanizmlərinin müasir bazar tələblərinə uyğunlaşdırılması, eləcə də bu sahədə hüquqi tənzimləmənin unifikasiyası məqsədilə fəaliyyət çərçivəsi yenidən qurulur.
Turkustan.az xəbər verir ki, Prezident İlham Əliyev “İstilik təchizatı haqqında” Qanunun icrası ilə əlaqədar bəzi fərmanlarda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Energetika Nazirliyinin Əsasnaməsinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Nizamnaməsinə müvafiq əlavələr edilib. Yeni tənzimləmə ilə energetika sahəsindəki terminologiya yenilənərək qanunvericiliyə "elektroenergetika, istilik və qaz təchizatı sektorları" ifadəsi daxil edilib.
Dəyişikliklərlə istilik enerjisi bazarında dövlət nəzarəti obyektlərinin təsnifatı dəqiqləşdirilib. Bundan sonra sahə üzrə tənzimləmə və nəzarət tədbirləri təkcə ümumi dövlət müəssisələrini deyil, birbaşa "təbii inhisar subyektləri"ni və "istilik təchizatı subyektləri"ni əhatə edəcək. Eyni zamanda Enerji Məsələlərini Tənzimləmə Agentliyinin səlahiyyət dairəsi genişləndirilərək, bazarın bütün iştirakçıları — qazı nəql edənlər, saxlayanlar və satıcılar tənzimləmə şəbəkəsinə inteqrasiya olunub.
Sənədlə həmçinin "Elektroenergetika, istilik və qaz təchizatı sektorlarında nəzarətin həyata keçirilməsi Qaydası"nda və enerji effektivliyi üzrə dövlət nəzarəti mexanizmlərində hüquqi uyğunlaşdırmalar aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 13 Avqust 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















