Icma.az
close
up
RU
İlham Əliyev Mövlud Çavuşoğlunu QƏBUL EDİB FOTO/VİDEO

İlham Əliyev Mövlud Çavuşoğlunu QƏBUL EDİB FOTO/VİDEO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
Bizim.Media xəbər verir ki, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.


Dövlətimizin başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxunub.
Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğulayıb və tədbirə dəvətə görə minnətdarlığını bildirib.
O, Azərbaycanda bu il keçirilmiş Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırıb. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğulayıb.
Dövlətimizin başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirib və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirib. Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxundu və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu deyib, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Dövlətimizin başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.


Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Dekabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see132

Alimlər məşqin xərçənglə mübarizədə təsirini sübut edib

08 İyun 2025 14:47see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see119

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see117

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see117

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see116

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see116

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see115

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see115

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see115

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see114

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see114

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see114

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see113

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see112

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see111

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see111

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see111

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri