Icma.az
close
up
RU
Menu

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

Tramp Harvarda 30 gün vaxt verdi

Telefonun batareyası ustanın əlində partladı VİDEO

İlham Əliyev növbəti möhtəşəm qələbəyə imza atmaq üzrədir

İlham Əliyev növbəti möhtəşəm qələbəyə imza atmaq üzrədir

Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində olduqca mühüm məqamlara aydınlıq gətirib.

 Azərbaycanla Rusiyanın, Gürcüstanın, Qərbin münasibətlərinin səviyyəsindən söz açan Prezident şimal qonşumuzla mütəffiqliyin möhkəm təməllər üzərində qurulduğunu, Gürcüstandakı stabilliyin Qafqaz üçün vacib olduğunu əsaslandırıb.

 "Regionda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır" - deyə Prezident bəyan edib. 

Qərbin, xüsusən Fransanın regiona əl uzatdığından danışan İlham Əliyev bu kimi ölkələrin Qafqazda kataklizimlər yartmaqda maraqlı olduğunu söyləyib. Təbii ki, Azərbaycan buna imkan verə bilməz. Müxtəlif qeyri-qanuni maliyyə yardımları adı altnda ölkəmizdə komandalar formalaşdırmağa və bu komandalar vasitəsilə daxildə çaxnaşmalar yartmağa cəhd göstərənlər hər vəclə ifşa olunurlar. Belə müdaxilələrin qarşısını aımaq məqsədilə qanunvericilikdə də dəyişikliklər edilir. 

Prezident vurğulayıb ki, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz: 

"Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin? Belə ki, onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar". 

İlham Əliyev hər hansı bir xarici yardımın asılılıq yaratmamalı olduğunu şərt kimi səsləndirib: "Bayden administrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çox məsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır. Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyac yoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var. Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdə deyil". 

Gürcüstanda eyni vəziyyət yaşanır. Qərbin maliyyəsi ilə fəaliyyət göstərən müxtəlif qruplar vəziyyəti gərginləşdirə biliblər. Prezident qeyd edib ki, vəziyyətin öncədən qaydaya salınması Gürcüstanda müəyyən vaxt ərzində nəzərdən qaçırılıb, bunu etdikdə isə, necə deyərlər, qatar bir az getmişdi: 

"Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır. Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün". 

Azərbaycanın hər ötən gün gücləndiyinə diqqət çəkən Prezident Türkiyənin Azərbaycanda bazalarına ehtiyac olmadığını 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olacağnı bildirib: 

"Bu, təxminən beş milyard dollardır. Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik. Lakin biz bunu etməyə məcburuq və edəcəyik. Məncə, bu, fəlakətə aparan yoldur. Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər. Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar. Həmçinin başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək. Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın". 

Azərbaycan həm siyasi, həm də hərbi sahədə çox güclüdür. Məhz elə bunun nəticəsidir ki, ərazilərimiz 4 ildir işğaldan azad olunub, artıq Ermənistanla imzalanacaq sülh sazişinin 17 müddəasının 15-i üzrə razılşama əldə edilib. 

Prezident bu barədə deyib: 

"Sülh sazişi üzrə böyük irəliləyiş əldə etmişik. Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam. Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Axı, bu müşahidəçilərin göndərilməsi məsələsi bizimlə 2022-ci ilin oktyabrında Paşinyan, Avropa Şurasının Prezidenti Şarl Mişel, Fransa prezidenti və mənim aramda keçirilən dördtərəfli görüşdə razılaşdırılıb. O vaxt Fransa hələ bizim tərəfimizdən normallaşdırma prosesindən kənarlaşdırılmamışdı. Belə bir razılıq əldə edildi ki, Avropa İttifaqının nümayəndələrinin iki ay müddətində məhdud kontingenti olacaq". Bununla yanaşı, erməni tərəfinin həyata keçirməli olduğu daha iki məqam var. İlham Əliyev müsahibəsində bu məqama da aydınlıq gətirib. Birinci məqam Ermənitanın öz Konstitusiyasını dəyişməsidir: "Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, burada keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur. Ona görə də Konstitusiyanın dəyişdirilməsi bizim istəyimiz deyil, sadəcə obyektiv şərtdir. Bizim ikinci şərtimiz ATƏT-in Minsk qrupunun ləğvidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir". Prezident vurğulayıb ki, bu məsələlər həll edilsə, daha sülh sazişinin imzalanmasına heç bir maneə olmayacaq. Davam edən silahlanma yarışına gəldikdə, bu, əlbəttə, sülh sazişinin bir hissəsi ola bilməz, amma Ermənistanla qarşılıqlı fəaliyyətin sanki başqa formatının bir hissəsi olacaq: "Biz gələcəkdə də, ilk növbədə, bu cür hərəkətlərin onlar üçün fəlakətli olacağını erməni tərəfinə çatdırmağa çalışacağıq". 


Jurnalist Ekspert Mərkəzi


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://missiya.az
archiveBu xəbər 19 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see121

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see120

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see120

Xırdalanda mübahisə qanla bitdi: döyüb bıçaqladılar

29 May 2025 00:46see116

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

2025 ci ildə ölkələr üzrə gözlənilən ömür uzunluğu İnfoqrafika

29 May 2025 04:35see115

Krımda, Belbek yarmarkasında ilk etnik moda nümayişi keçirilib

29 May 2025 01:09see114

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see114

Britaniya döyüş texnologiyalarının inkişafına bir milyard funt sterlinqdən çox vəsait ayıracaq

29 May 2025 08:59see113

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see113

Çili ilə İsrail arasında gərginlik Hərbi attaşeləri geri çağırıldı

29 May 2025 08:14see113

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see113

Bakıda DÇ 2025 in yarımfinalçıları müəyyənləşir

29 May 2025 09:02see112

Kainatda tək deyilik: Naməlum siqnallar mənbəyi aşkarlandı

29 May 2025 06:03see112

Konfrans Liqasının finalı öncəsi azarkeşlər arasında dava FOTO

29 May 2025 08:27see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Telefonun batareyası ustanın əlində partladı VİDEO

29 May 2025 02:50see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri