İlham Əliyev sabiq prezidentin ölümü ilə bağlı başsağlığı verdi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana İon İliyeskunun vəfatı ilə bağlı başsağlığı verib.
"Unikal" xəbər verir ki, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm".
Baxış sayı:112
Bu xəbər 08 Avqust 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















