Icma.az
close
up
RU
İlham Əliyev siyasəti: Azad və abad Qarabağ

İlham Əliyev siyasəti: Azad və abad Qarabağ

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər Azərbaycanın lider dövlət statusunu təmin edən mühüm amillər formalaşıb. 

Bu baxımdan, Azərbaycan ərazilərinin işğaldan azad olunması, erməni separatizminin ləğvi, bölgədə sülhə və sabitliyə şərait yaradan yeni geosiyasi reallıqların yaranması xüsusi qeyd edilməlidir. 

Postmünaqişə dövründə Azərbaycan dövlətinin uğurla həyata keçirdiyi bərpa və dinc quruculuq işləri əhalinin sosial-iqtisadi rifahını artırmaqla yanaşı, regional əlaqələrin inkişafında da vacib amillərdən birinə çevrilməkdədir. 

İşğal dövründə dağıldılmış yaşayış yerləri və infrastrukturu Azərbaycanın öz daxili imkanları hesabına qısa müddətdə bərpa edərək, məcburi köçkünlərin öz evlərinə dönməsini təmini dünyada müsbət nümunə kimi qəbul olunur. 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmana əsasən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası nəticəsində Qarabağda və Şərqi Zəngəzurda həyat tez bir zamanda bəpra olunub. Lakin Böyük Qayıdış yalnız keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması ilə yekunlaşmır. 

Prezident İlham Əliyevin müəllifi olduğu bu dövlət sənədi müxtəlif sahələri əhatə edən məqsədyönlü siyasi və iqtisadi strategiyadır. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilk növbədə, yaşayış, yol, nəqliyyat, enerji, kommunal, səhiyyə, təhsil, sosial və digər infrastrukturun bərpasını nəzərdə tutur. Çünki əhalinin yaşayış şəraitinin təmin olunması üçün əvvəlcə zəruri imkanlar yaradılmalıdır. 

Azərbaycan Prezidentinin tapşırığı ilə əhalinin yaşayışı üçün zəruri olan infrastrukturun qurulması prosesi müasir texnoloji və innovativ yanaşmalara əsaslanaraq həyata keçirilib. Xüsusilə, yeni yaşayış məntəqələrinin salınmasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə ağıllı kənd və ağıllı şəhər layihələri tətbiq edilib. 

Artıq bir çox ölkələr Cənubi Qafqazda ilk dəfə Azərbaycanda həyata keçirilmiş bu modern təcrübəni öyrənməyə başlayıb. İnfrastrukturun bərpası və yenidən qurulması ilə evlərini məcburi tərk etmiş sakinlərin tamamilə geri qayıtması Böyük Qayıdış proqramının növbəti, strateji hədəflərindən birini təşkil edir. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 1 iyun 2026-cı ilədək işğaldan azad edilmiş ərazilərə 36492 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 88123 nəfər təşkil edib. 

Bu rəqəmlər işğaldan azad edilmiş ərazilərə qayıdaraq yaşamaq istəyənlərin sayının sürətlə artdığını göstərir. Eyni zamanda, Qarabağda və Şərqi Zəngəzurda işləməyə və təhsil almağa gedənlərin də sayında yüksək dinamika müşahidə olunur. Qarabağın və Şərqi Zəngəzurun füsunkar təbiətə, qədim tarixi və memarlıq abidədlərinə, müalicəvi mineral sualara malik olması da insanların diqqətini cəlb edir. 

Bu da öz növbəsində, işğaldan azad edilmiş bölgələrə həm yerli, həm də xarici turistlərin axınına səbəb olur. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri məşğulluğun təmin olunmasını nəzərdə tutur. İnfrastrukturun və yaşayış yerlərinin yenidən qurulmasında həm öz evlərinə qayıdan sakinlər, həm də digər bölgələrdən gələn vətəndaşlar işləyirlər. 

Digər istiqamət Qarabağa və Şərqi Zəngəzura qayıdan əhalinin iş yerləri ilə təmin olunması məqsədilə sənaye müəssisələrinin və aqroparkların yaradılmasından ibarətdir. Azərbaycan Prezidenti işğaldan azad edilmiş bölgələrə səfərləri zamanı daim müxtəlif istehsal müəssisələrinin açılışını edir, yenilərinin təməlini qoyur, sakinlərlə görüşərək onların məşğulluq vəziyyəti ilə maraqlanır. 

Azərbaycan Prezidentinin Böyük Qayıdış strategiyasının əsas komponentlərindən biri də şəhərsalmanın rəqəmsal iqtisadiyyata uyğunlaşdırılması, bu prosesdə müasir texnologiyalardan və süni intellektdən istifadənin tətbiqi ilə bağlıdır. 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında “Ağıllı şəhər” konsepsiyasından istifadəyə üstünlük verməsi məhz əhalinin məskunlaşması, məşğulluğu, yaşayış tələbatının asan və əlçatan olmasını nəzərdə tutur. Ona görə də bir müddət sonra işğaldan azad edilmiş bölgələrdə yaşayışa və məşğulluğa marağın getdikcə artacağını proqnozlaşdrmaq olar. 

Dövlət başçısının uğurlu qayıdış siyasəti Azərbaycana immiqrasiya və urbanizasiya problemlərini həll etmək istiqamətində yeni imkanlar yaradacaq. Aparılan uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan xalqının Prezident İlham Əliyevə olan ictimai etimadı günü-gündən artır. 

Medianın İnkişafı Agentliyinin 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi məqsədilə keçirdiyi sorğunun nəticələri də bunu bir daha sübut edir. 

MEDİA-nın keçirdiyi sorğuda iştirak edən Azərbaycan vətəndaşı olan respondentlərin 93,6 faizi Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib. Prezident İlham Əliyevin siyasi nüfuzunu yüksək səviyyədə saxlayan mühüm göstəricilərdən biri də keçmiş məcburi köçkünlərin öz tarixi torpaqlarına qayıtması ilə bağlıdır. Rəy sorğusunun nəticələri göstərir ki, İlham Əliyevin apardığı siyasətin alternativi yoxdur. 

Əgər prezident seçkiləri növbəti bazar günü keçirilsə, respondentlərin 91,5 faizi öz səsini İlham Əliyevə verəcəyini bəyan edib. Çünki xalq müharibədə böyük Zəfəri İlham Əliyevin liderliyi ilə qazandığı kimi, sülh dövrünü də hər bir vətəndaşın təhlükəsizliyinin və rifahının təminatçısı olan Prezidentin rəhbərliyi altında yaşamaq istəyir. 

Davamlı şəkildə Qarabağa və Şərqi Zəngəzura qayıdan yerli sakinlər həm yurd, torpaq həsrətinə son qoyulmasına, həmçinin dağılmış ərazilərdə yaradılmış abadlıq işlərinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını daim ifadə edirlər. Medianın İnkişafı Agentliyinin keçirdiyi rəy sorğusu İlham Əliyev siyasətinin alternativinin olmadığını göstərdi. 

Bütün bunlar göstərir ki, uğurlu siyasi strategiya ölkədə Prezident-Xalq birliyini daha da möhkəmləndirir. Bununla yanaşı, uğurlu xarici siyasət və diplomatik əzmkarlıq beynəlxalq ictimaiyyəti Azərbaycanın mövqeyi ilə hesablaşmağa məcbur edib. Bu, təsadüfi uğur deyil. Prezident İlham Əliyevin strategiyasının, qətiyyətli siyasi iradəsinin və milli maraqları prinsipial şəkildə daim üstün tutmasının məntiqi nəticəsidir. 

Xüsusilə qeyd edək ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz sözünü inamla deyən, iradəsi ilə seçilən və təşəbbüsləri ilə diqqət çəkən dövlətlər sırasındadır. Ölkəmizin mövqeyi nəinki regionda, həm də daha geniş coğrafiyada siyasi proseslərə təsir edən mühüm amillərdən biri hesab olunur. 

Dövlətimizin dünyada möhkəmlənən bu mövqeyi Prezident İlham Əliyevin ölkəni strateji hədəflərə inamla aparan siyasətin parlaq göstəricisidir. 

“Cebhe.info” Analitik Qrupu
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri