Icma.az
close
up
RU
“İlham Əliyev strateji qərar verdi...” “Qələbə gününü Bakıda qeyd etmək daha əhəmiyyətlidir”

“İlham Əliyev strateji qərar verdi...” “Qələbə gününü Bakıda qeyd etmək daha əhəmiyyətlidir”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropada İkinci Dünya müharibəsində qələbə bu gün – 8 mayda qeyd olunur. Ukrayna da artıq 10 ildir ki, nasizm üzərində qələbəni Avropa dövlətləri ilə birgə 8 mayda qeyd edir.

“AzPolitika” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu “Facebook” hesabında yazıb. Böyük Vətən müharibəsində faşist Almaniyasının ilk zərbəsi ilə ukraynalıların üzləşdiyini xatırladan ekspert, Ukraynanın bu müharibədə 8 milyondan çox insan itirdiyini qeyd edib: “Bunun 5 milyonu mülki vətəndaş, 3 milyonu isə hərbçi olub. Müharibə illərində sovet ordusu sıralarında 7 milyon ukraynalı xidmət keçib. Ukraynalılar nasistlərə qarşı mübarizədə partizan hərəkatında da fəal iştirak ediblər. Beləliklə, nasist Almaniyası üzərində qələbədə ukraynalıların böyük payı var”.

Politoloq vurğulayır ki, buna baxmayaraq, nasizm üzərində qələbə Ukrayna və ukraynalılara azadlıq və firavan həyat gətirmədi. 

Onun sözlərinə görə, müharibədən sonra kommunist sistem ukraynalıları yenidən aclıqla sınağa çəkdi, Qərbi Ukraynada repressiyaların miqyası artdı, tatarlar isə Krımdan sürgün edildi:“Ukraynada acı tarix yenidən təkrarlanır. Rusiya 2014-cü ildə əvvəlcə Krımı ilhaq etdi, 8 il sonra isə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı. Rusiya Prezidenti Vladimir Putinin ‘bir neçə günə Kiyevi ələ keçirib, hakimiyyəti dəyişib məsələni həll edərik’ planı alınmadı. Müharibə artıq dördüncü ilinə keçib və Rusiyanın işğalçı ordusu Ukrayna ərazisində ilişib qalıb. Gündəlik itkiləri minlərlə hərbçidir. Əlbəttə, Ukrayna da itkilər verir – şəhərləri bombalanır, hərbçiləri və mülki insanları həyatını itirir”.

Ukraynanın böyük qonşusu qarşısında təslim olmadığını vurğulayan E. Şahinoğlu, müqavimətin davam etdiyini, hətta Rusiyanın hava limanlarının xaosa sürükləndiyini qeyd edir: “Təyyarələr havaya qalxa bilmirlər, Rusiyanın hava sahəsi təhlükəsiz deyil. Ona görə də Prezident İlham Əliyevin Putinin 9 May paradına qatılmamaq qərarı doğru və strateji addım oldu. Böyük Vətən müharibəsinə 600 min azərbaycanlı cəlb olunub və onların yarısı geri qayıtmayıb. Bu mənada Böyük Vətən müharibəsindəki qələbədə azərbaycanlıların da böyük payı var. Azərbaycan nefti olmadan SSRİ faşist Almaniyası üzərində necə qələbə əldə edə bilərdi?”

Politoloq əlavə edir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, bunu İlham Əliyev hər fürsətdə səsləndirir. Moskvada 9 May paradında iştirak isə dolayı yolla işğalçıya dəstək kimi başa düşülə bilərdi. 

“Üstəlik, dekabr ayında Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin raketlə vurulmasına Moskva hələ də aydınlıq gətirməyib. Bütün bunları nəzərə alaraq, Böyük Vətən müharibəsində qələbəni Bakıda qeyd etmək, ənənəvi olaraq Şəhidlər Xiyabanındakı Həzi Aslanovun heykəlinə çələng qoymaq, sağ qalan veteranlarla görüşmək Moskvada parad iştirakından daha əhəmiyyətlidir”, – politoloq bildirib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri