İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanuna uyğun olaraq müqavilə bağlanılacaq.
Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək.
Bundan başqa, daha bir dəyişikliklə sığorta hadisəsi baş verdikdə həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan verilə biləcək. Bu, icbari tibbi sığortanın təmin edilməsi məqsədilə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Dekabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















