İlham Əliyev: Trampın dövründə ABŞla münasibətlərimizin daha da möhkəmlənəcəyinə inanırıq
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
"İnanırıq ki, Donald Trampın yeni prezidentlik dövründə Azərbaycan ilə ABŞ arasında münasibətlər daha da möhkəmlənəcək".
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa ünvanladığı təbrik məktubunda deyilir.
"Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır", - məktubda bildirilir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Noyabr 2024 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















