Icma.az
close
up
RU
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər Yenilənib + Video

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər Yenilənib + Video

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.
Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.
Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu layihələrin arasında hava limanlarının inşası xüsusilə mühüm strateji əhəmiyyət daşıyır. İndiyədək bu ərazilərimizdə müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları inşa olunub. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.
Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Qeyd edək ki, hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Ötən müddət ərzində dövlət başçısı və birinci xanım bir neçə dəfə burada tikinti işlərinin gedişi ilə tanış olublar.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.
Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan “Dost Aqropark”da istehsal edilən məhsullara baxdılar.
Qeyd edildi ki, kompleksdə “ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq.
***11:28
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Hava limanının təməli 2021-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən uzunluğu 3000, eni isə 45 metr olan uçuş-enmə zolağı inşa edilib. 5578 kvadratmetrlik terminal binası saatda 200 nəfərə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, kafeteriyalar, tibbi xidmət sahələri, ofis otaqları, və 150 yerlik avtodayanacaq mövcuddur.
Laçın rayonunun Qorçu kəndinin yaxınlığında dəniz səviyyəsindən 1738 metr hündürlükdə yerləşən hava limanın ümumi ərazi 131.3 hektardan çoxdur. Bu hava limanı postsovet məkanında ən yüksək dağlıq hava limanlarından biri statusunu qazanıb. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatır.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see230

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see204

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see176

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see149

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see147

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see144

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see135

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see134

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see132

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see132

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see130

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see127

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see127

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri