Icma.az
close
up
RU
İlham Əliyev Yaşar Güləri qəbul edib (Yenilənib)

İlham Əliyev Yaşar Güləri qəbul edib (Yenilənib)

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edib.
Reyting.az
xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, ilk olaraq Yaşar Güləri Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.
Yaşar Gülər görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan dövlət başçısına çatdırıb.
Qəbulda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi bildirilir.
***
Prezident İlham Əliyev mayın 13-də Türkiyənin Milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
Reyting.az
xəbər verir ki, dövlət başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini bildirib.
PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və azərbaycanlıları da sevindirdiyini deyən İlham Əliyev bu məsələdə Türkiyə prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd edib. Bununla yanaşı, dövlət başçısı vurğulayıb ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir.
Dövlət başçısı deyib ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.
Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər, ilk növbədə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qonaq bir neçə il əvvəl Azərbaycan prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd edib ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirib. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirib və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxunub.
Türkiyənin Milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini deyib.
Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunulub, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulanıb.
Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, əlaqələrin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 May 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri