Icma.az
close
up
RU
İlham Əliyev Yəmənin vitseprezidenti ilə görüşdü FOTO / YENİLƏNİB

İlham Əliyev Yəmənin vitseprezidenti ilə görüşdü FOTO / YENİLƏNİB

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırdı. Yəmənin vitse-prezidenti vurğuladı ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirdi, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğuladı.

Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini dedi.

Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş etdi.

Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu dedi.

Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxladıqlayaraq təhqirlərə məruz qoyduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.

Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunuldu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulandı, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

14:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.

Metbuat.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Noyabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri