Icma.az
close
up
RU
İlham Əliyev yenidən MOK prezidenti seçilib, onlar isə... SİYAHI (YENİLƏNİB)

İlham Əliyev yenidən MOK prezidenti seçilib, onlar isə... SİYAHI (YENİLƏNİB)

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) IX Hesabat-seçki Baş Məclisi keçirilib.

Mia.az-ın məlumatına görə, MOK-un inzibati binasında keçirilən Baş Məclisdə MOK-un üzvləri, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyalarının və idman təşkilatlarının nümayəndələri iştirak ediblər.

Baş Məclisdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə “Milli Olimpiya Komitəsinin 2022-2024-ci illərdəki fəaliyyəti” haqqında hesabat məruzə ilə çıxış edib. O, iqtisadi və digər sahələrdə inkişaf sürətinə görə regionun lider dövləti olan Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanındığını bildirib.

Çingiz Hüseynzadə hesabat dövrü ərzində Azərbaycanın idman tarixində bir sıra uğurlu hadisələrin baş verdiyini diqqətə çatdıraraq MOK-un gördüyü işlərin miqyasına görə çox əhatəli olduğunu, əldə edilmiş uğur və nailiyyətlərin həm keyfiyyətinə, həm də kəmiyyətinə görə yüksək səviyyəyə qalxdığını qeyd edib.

"Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrindəki inkişafının əsası ölkə başçısının uzaqgörən siyasətinin nəticəsi olduğu kimi, Olimpiya Hərəkatı və idmandakı uğurlarımız da Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Hesabat dövründə ölkəmizin Olimpiya və idman həyatında bir sıra olduqca əlamətdar tarixi hadisələr baş verib. Azərbaycan Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazanılmış 7 (2 qızıl, 2 gümüş, 3 bürünc) medalla ümumi komanda hesabında 30-cu yeri tutub", - deyə Ç.Hüseynzadə bildirib.

MOK-un vitse-rezidenti Baş Məclis iştirakçılarına məlumat verərək deyib ki, ötən dövrləri əhatə edən hesabat kitabında Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələri, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin görüşləri, çıxışları, qəbulları, iştirak etdiyi tədbirlər, beynəlxalq yarışlar, idmançılarımızın Olimpiya oyunlarında, Olimpiya festivallarında, İslam Həmrəyliyi Oyunlarında çıxışı, Olimpiya Həmrəyliyi Fondunun proqramları, maliyə-marketinq, informasiya və nəşriyyat məsələləri öz əksini tapıb. O, müxtəlif səviyyəli beynəlxalq yarışlarda atletlərimizin qazandıqları uğurlardan, Bakıda keçirilən beynəlxalq yarışlardan danışaraq, MOK-un hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.

Hesabat məruzəsi dinlənildikdən sonra səsə qoyularaq yekdilliklə qəbul olunub. Sonra MOK-un Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və idmançılar adından çıxış edən Fərid Mansurov hesabat məruzəsini və MOK-un fəaliyyətini yüksək qiymətləndirərək gələcək işlərdə uğurlar arzulayıblar.

Hesabat-seçki Baş Məclisində Azərbaycan Prezidenti İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Azər Əliyev, Çingiz Hüseynzadə, Fərid Mansurov, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Faiq Qarayev və Alla Həsənova MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Baş Məclisdə MOK-un Təftiş Komissiyasının üzvləri də seçilib.

***

Fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Mia.az xəbər verir ki, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçiliblər.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.

***

Prezident İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.

Mia.az xəbər verir ki, MOK-un IX Hesabat-seçki baş məclisində İlham Əliyevin yekdilliklə növbəti 4 il müddətinə qurumun rəhbəri postunda qalmasına səs verilib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri