İlham Əliyevdən Aİ Şurasının yeni Prezidentinə təbrik məktubu
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə Antonio Koştanı təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələri geniş gündəliyə malikdir və enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, ticarət və digər sahələri əhatə edir. Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mühüm rolu danılmazdır.
İnanıram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun, iqtisadi-ticari əməkdaşlığın və mədəni mübadilələrin qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da inkişaf etməsi, konstruktiv tərəfdaşlığımızın möhkəmlənməsi üçün birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Antonio Koştaya qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Dekabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















