İlham Əliyevdən WUF13 ün açılış mərasimindən PAYLAŞIM
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.
Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub.
Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.
Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.
Həmçinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.


Baxış sayı:171
Bu xəbər 18 May 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















