Icma.az
close
up
RU
İlham Əliyevə başsağlığı məktubları gəlir

İlham Əliyevə başsağlığı məktubları gəlir

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

“Zati-aliləri.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə xəbər bizi olduqca kədərləndirdi.

İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk.

İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”, – məktubda qeyd olunub.

***

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın sərnişin təyyarəsinin qəzaya uğraması və nəticədə insanların həlak olmaları ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan həlak olanların ailələrinə və doğmalarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm”.

***

Belçikalıların Kralı Filip Aktau yaxınlığında AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəzası nəticəsində həlak olan insanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.

Gununsesi.info bildirir ki, başsağlığında deyilir:

“Kraliça Matilde ilə birlikdə Sizə və Azərbaycan xalqına Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində faciəvi şəkildə həyatını itirənlərə görə dərin hüznlə başsağlığı veririk. Bu ağır itki anlarında həlak olanların yaxınlarına güc və səbir arzulayır, onlarla birlikdə ən dərin hüznümüzü bölüşürük”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri