Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi Fotolar Yenilənib

İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi Fotolar Yenilənib

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasında səfərdədir.

“Qafqazinfo”nun məlumatına görə, səfər çərçivəsində Bişkekdə Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

***

Dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev muzeyinə gedib.

Prezident İlham Əliyev əvvəlcə ev muzeyi ilə tanış olub.

Məlumat verilib ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.

Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Dövlət başçısı ev muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılıb.

Sonra Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi olub.

Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək deyib:

- Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Bu gün mən “Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir.

İcazə verin, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və Çingiz Torekuloviçin həyatını həsr etdiyi dəyərlərin təbliğində yorulmaz səylərinizə görə Çingiz Aytmatov Beynəlxalq Fondu adından Sizə dərin təşəkkürümü bildirim. İnanırıq ki, Sizin səyləriniz sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi və humanizm rəmzi olacaqdır.

Dərin hörmət və qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub saxlanmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan “Çingiz Aytmatov” ordenini təqdim edirəm. Sağ olun. Prezident İlham Əliyev: Sağ olun.

Eldar Aytmatov: İcazənizlə, ordeni təqdim edim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Dövlət başçısına “Çingiz Aytmatov” ordeni təqdim edilib.

Eldar Aytmatov: Qeyd etmək istəyirəm ki, bu bir nömrəli orden Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim olunur və həmçinin ilk dəfə Azərbaycanın bir nömrəli “Dostluq” ordeni Azərbaycan Prezidenti tərəfindən Çingiz Aytmatova təqdim edilib. Sağ olun.

Prezident İlham Əliyev çıxış edərək deyib:

- Sağ olun. Bu yüksək mükafata görə çox sağ olun. Fəaliyyətimə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Mən buraya gələrkən təbii ki, Çingiz Torekuloviçin evinin necə olması barədə fikirləşirdim və məhz orada rahat, isti, yaxşı, yaxınlarının, əzizlərinin əhatəsində olduğu, yaşadığı, işlədiyi və böyük sənət yaratdığı evi gördüm. Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı, ictimai xadim idi və onun əsərləri müxtəlif mədəniyyətlərə məxsus, müxtəlif qitələrdən olan insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə dərindən nüfuz edirdi, öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə, onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır.

Çingiz Aytmatova Azərbaycanda olan münasibətə gəldikdə, zənnimcə, bu barədə danışmağıma ehtiyac yoxdur. Onu bir insan kimi sevirdilər, onun çoxlu dostu var idi, bir sıra fotoşəkillər onun Azərbaycanın mədəniyyət xadimləri ilə görüşlərini əks etdirir. Həmçinin Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə böyük hörmətlə yanaşırdılar, onların çoxlu görüşləri olmuşdur və mənim atamdan gətirdiyim sitat məhz onun Çingiz Torekuloviçə bəslədiyi hisslərin təzahürüdür.

Bizim görüşümüzü xatırlayıram, yeri gəlmişkən, 2008-ci ildə görüşümüzü əks etdirən fotoşəkil digərləri ilə birlikdə burada nümayiş etdirilir. Siz də qeyd etdiniz ki, ilk “Dostluq” ordeni Çingiz Aytmatova təqdim olunub. Həmin vaxt bu orden mənim tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu. Açığını desək, düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu Türk dünyasının hər hansı bir nümayəndəsinə verək. Sonradan sanki fikirlər ard-arda gəldi və qərar verildi. Bəlkə də bədahətən oldu, amma digər tərəfdən, bədahətən verilən bütün qərarlar bundan əvvəlki həyatda, öncəki zamanda sənin tərəfindən dərindən düşünülüb. Ona görə də bu, tamamilə şüurlu, yeganə düzgün qərar idi. O da bizim üçün xüsusi qürur mənbəyidir ki, bir nömrəli “Dostluq” ordeni Çingiz Torekuloviçə təqdim edilib. Mən bu il Bakıda onun abidəsinin açılışında çıxış etdim. Çingiz Aytmatovun heykəli mərkəzi küçələrdən birində ucaldılıb. Mən dedim ki, onun tezliklə aramızda olmayacağını güman etmirdik. Çünki o, Bakıya yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o, hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə, həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o, yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi.

Məni Çingiz Torekuloviçin ocağına dəvət etdiyiniz, bu mükafata layiq gördüyünüz üçün sizə bir daha təşəkkür etmək istəyirəm. Sizi yaxın vaxtlarda Bakıya dəvət etmək, ailənizlə, Çingiz Torekuloviçin balaca davamçıları ilə birlikdə qonağımız olmağınızı istəyirəm. Onun abidəsini ziyarət etsinlər və onu tanıyanlarla, sevənlərlə ünsiyyətdə olsunlar. Bir daha təşəkkür edirəm.

Eldar Aytmatov: Çox sağ olun.

***

Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət ediblər.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.





























Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see311

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see309

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see286

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see283

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see266

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see259

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see251

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see249

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see241

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see240

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see237

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see225

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see216

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see214

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see211

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see201

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see196

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see190

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see190

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri