Icma.az
close
up
RU
“İlham Əliyevə gələn məktub bütöv regiona təsir göstərə bilər”

“İlham Əliyevə gələn məktub bütöv regiona təsir göstərə bilər”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Hazırda regionumuz və ölkəmizlə bağlı baş verən prosesləri tarixi hadisə adlandıra bilərik. Çünki Cənubi Qafqaz sülh və əməkdaşlıq üçün yeni tarixi mərhələ astanasındadır.Azərbaycan Ermənistanın 30 illik işğal siyasətinə öz gücü ilə son qoyub. Bundan sonra isə bölgədə yeni səhifə açılmalıdır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşması böyük əhəmiyyət kəsb edir.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur.

Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr, hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. 8 avqust razılaşması da Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Trampın Prezidentimizə məktubu isə ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Bu məktub yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər.

Çox təqdirəlayiqdir ki, Tramp Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin icrasının dayandırılması haqqında da qərar verib. Bu qərar ölkəmizə qarşı ədalətsiz yanaşmanı ortadan qaldırır.

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb. İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər. Bu  ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırması məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Bununla belə, Prezident Trampın vasitəçiliyi də müsbət nəticə verdi və tərəflər Vaşinqtonda razılaşma imzaladılar.

Digər tərəfdən,  Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-a da proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda, Tramp administrasiyası Zəngəzur dəhlizinin də açılmasına maraqlıdır.

Millət vəkilinin sözlərinə görə, Tramp  Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bəyanat verərək razılaşmanın tarixi əhəmiyyətini vurğulayıb.

Samir Vəliyev qeyd edib ki, Donald Tramp yenidən Prezident seçildikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi.  O, artıq bir sıra münaqişələrə öz vasitəçiliyi ilə son qoya bilib. O cümlədən, Azərbaycanla Ermənistan Vaşinqtonda çox ciddi razılaşmalar əldə etdilər. Bu razılaşmalar regionumuzda dayanıqlı sülh üçün ciddi əsaslar yaradır. Ona görə də, Prezident İlham Əliyev Vaşinqtonda Donald Trampın Nobel sülh mükafatına namizədliyinin irəli sürüləcəyini bəyan etmişdi.

ABŞ prezidenti də məktubunda dövlətimizin başçısına onun bu mükafata namizədliyini dəstəklədiyinə və bununla bağlı müvafiq müraciətinə görə təşəkkür edib. ABŞ kimi dünyanın super güc dövlətinin liderinin Prezident İlham Əliyev haqqında yüksək fikirləri dövlətimizin başçının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Dekabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see203

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see162

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see160

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see135

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri