Icma.az
close
up
RU
İlham Əliyevə hədiyyə edilən atla bağlı mühüm məlumat 1956 cı ildə nə baş vermişdi?

İlham Əliyevə hədiyyə edilən atla bağlı mühüm məlumat 1956 cı ildə nə baş vermişdi?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlət başçısı İlham Əliyevə “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib. Q.Berdiməhəmmədov bildirib ki, “Taus” “Yaşasın Türkmənistan, Azərbaycan, Özbəkistan!” mənasını ifadə edir.

Təqdimat zamanı çıxış edən İlham Əliyev qeyd edib ki, “Axaltəkə” atı dünyada məşhurdur, türkmən xalqının, Türkmənistanın milli brendidir.

Sitat: “Bildiyimiz kimi, türkmən və Azərbaycan xalqları qardaş xalqlardır. Eyni zamanda, bizi birləşdirən odur ki, həm türkmənlərin, həm də azərbaycanlıların öz at cinsi var – “Axaltəkə” və Qarabağ. Necə ki, biz qardaşıq, onlar da qardaşdırlar”.

Əslində, qardaş atların qardaş xalqları birləşdirən böyük bir tarixi var.

Globalinfo.az-a danışan Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə bildirib ki, Qarabağ və Axaltəkə atları Nisey atlarının varisləri sayılır:

“Nisey atları (latınca Equi Nisaei) hələ antik dövrdən tanınır. Yunan tarixçisi Herodot, qədim yunan tarixçi və yazıçısı Ksenofont, yunan-roma antik tarixçisi Strabon öz əsərlərində bu atları tərənnüm ediblər.

Nisey atlarının qədim məskəni olan Nisey düzü müasir İran, Azərbaycan və Türkmənistan arasında olan Urmiya gölündən Parfiyaya qədər bir ərazini əhatə edib. Müstəsna məhsuldarlığı və zənginliyi ilə seçilən bu regiona verilən “Nisey” (Nisa, Nisea) adı isə “Cənnət”, “Dünyanın behişti” anlamını daşıyıb.

Antik müəlliflərin yazılarında Nisey atları müxtəlif məzmunlarda təsvir olunurdu:

İri, qüdrətli, eyni zamanda zərif; Məğrur duruşlu və enli sinəli; Çevik və səlis yerişli; Qızılı dərili

Strabon yazırdı ki, çox məşhur olan Nisey atları hərbi yürüşlərdə və şah qoşqularında istifadə olunub.

Başqa tarixi mənblərdə də bu haqda məlumat var. Belə ki, Persiya şahları Nisey atlarından ibarət çox böyük ilxılar saxlayır, bu atlardan təntənəli mərasimlərdə, hərbi yürüşlərdə istifadə edirdilər. Persiyaya yürüş etmiş Makedoniyalı İskəndər bu atlardan ibarət ilxının bir hissəsini ələ keçirib. Nisey atları hakimiyyətin simvolu sayılırdılar”.

Yaşar Quluzadə

Mütəxəssis qeyd edib ki, Qarabağ və Axaltəkə cinsli atların arasında olan genetik əlaqə onların Nisey ilxıları ilə qədim ümumi kökləri olması faktına əsaslanır:

“Buradan belə nəticəyə gəlmək olar ki, Qarabağ və türkmən atlarının oxşarlığı təsadüfi deyil. Türkmən atları Təkə, Oxlandı və Yomud tayfalarının adlarını daşıyan üç əsas tipə, Qarabağ atları isə Qarnıyırtıq, Toxmaq, Meymun və Təkə-ceyran tiplərinə bölünüb. Təkə-ceyran tipi türkmən Təkə madyanları ilə Qarabağ atlarının cütləşdirilməsi nəticəsində formalaşıb. Bu seleksiya ənənəsi, iki qardaş xalqın mədəni-tarixi irslərinin qovuşması faktı tariximizin müasir dönəmində də öz bəhrələrini göstərir.

1956-cı ildə Qarabağ atı Zaman və Axaltəkə cinsli Mələquşun Sovet hökuməti tərəfindən Böyük Britaniyaya kral ailəsinə hədiyyə göndərilməsi  Azərbaycan və Türkmənistan xalqlarının ortaq mədəni kodlarının dünyaya təqdimatı idi. Zaman və Mələquşun qardaşlıq, dostluq körpüsündən başladığı yol bu günümüzə qədər uzanıb”.

Y.Quluzadə əlavə edib ki, belə hədiyələr iki dövlət arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğunu göstərən diplomatik rəmzdir:

“At hədiyə etmək türk və ümumiyyətlə, şərq xalqlarında qədim ənənədir. Bu, sadəcə hədiyə deyil, dostluğun, hörmətin və ehtiramın ən yüksək simvoludur”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri