“İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik” Abbas Əraqçi
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və İran arasında birgə mənafelər çoxdur.
"Report" xəbər verir ki, bunu İran XİN rəhbəri Abbas Əraqçi Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıya səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün vacibdir: "Bu gün danışıqlar, münasibətlər siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edib. Bu gün Prezident İlham Əliyevlə də görüşüm oldu. Bu görüş çərçivəsində bütün önəmli mövzulara toxunuldu. Bizim birgə mənafelərimiz çoxdur. Düzdür, fikir ayrılıqları var, amma dialoq yolunu bütün münasibətlərdə öncəlik kimi tutmuşuq".
Nazir İran Prezidentinin Bakıya builki səfərlərini xatırladıb: "Biz də İlham Əliyevi İranda görməyi səbirsizliklə gözləyirik".
O, həmçinin qeyd edib ki, Azərbaycan və İran İran XİN-ləri arasında münasibətlər inkişaf etməyə davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 Dekabr 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















