Icma.az
close
up
RU
İlham Əliyevi qarşılayan Prezident Böyrəyinin birini xanımına verən LİDER

İlham Əliyevi qarşılayan Prezident Böyrəyinin birini xanımına verən LİDER

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Federativ Respublikasında səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Berlindəki "Villa Borsig" iqamətgahında bu ölkənin Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən qarşılanıb.
Azərbaycan və Almaniya prezidentlərinin əvvəlcə təkbətək sonra geniş tərkibdə görüşü keçirilib.
Almaniya Federativ Respublikasının prezidenti Frank-Valter Ştaynmayer xanımı Elke Büdenbender ilə 2025-ci ilin aprelində Bakıda səfərdə olmuşdu.
O zaman Frank-Valter Ştaynmayer və birinci xanım Elke Büdenbender Bakıda bir sıra rəsmi və qeyri-rəsmi tədbirlərdə iştirak etmiş, İçərişəhəri gəzmiş, Heydər Əliyev Mərkəzində təşkil olunmuş konsertə baxmışdılar.
Frank-Valter Ştaynmayer Bakıda verdiyi bəyanatda "Qarabağ Azərbaycan ərazisidir" deməklə erməniləri də məyus etmişdi.
Məlumata görə, Frank-Valter Ştaynmayer Avropada böyrəyinin birini xanımına verən Prezident kimi tanınır.
70 yaşlı alman Prezident Frank-Valter Ştaynmayerlə 64 yaşlı birinci xanım Elke Büdenbenderin 1996-cı il təvəllüdlü Merit adlı bir qızı var.
Ştaynmayer ailəsi ilə birlikdə Berlinin ən prestijli ərazilərindən biri olan Zehlendorfda yaşayır.

Birinci xanım Elke Büdenbender 2010-cu ildə böyrək transplantasiyası əməliyyatı keçirib.
Donor onun əri olub. Həmin vaxt böyrəyinin birini xanımına bağışlayan Frank-Valter Ştaynmayer müvəqqəti olaraq siyasi arenanı tərk etmək məcburiyyətində qalmışdı.
O zaman Frank-Valter Ştaynmayer xanımı üçün donor olmasını belə izah etmişdi:
"Alternativin olmamasına və analizlərin nəticələrinə görə mən özüm böyrək donoru oldum".

Siyasətçinin sözlərinə görə, cütlük donor böyrəyini gözləməmək qərarına gəlmişdi, çünki həkimlərin fikrincə, transplantasiya təcili lazım idi və bu proses gecikməməliydi.
2010-cu ilin oktyabrında Frank-Valter Ştaynmayer yenidən aktiv siyasi fəaliyyətə qayıdıb.
Almaniyanın birinci xanımı Elke Büdenbender inzibati işlər üzrə hakimdir. O, mümkün qədər şəxsi həyatını ictimaiyyətin diqqətindən kənarda saxlamağa çalışır. Maraqlıdır ki, Elke Büdenbender 1995-ci ildə Ştaynmayerlə evləndikdən sonra soyadını dəyişməyib. Şəxsi həyatını nə qədər diqqətdən kənarda saxlamağa çalışsa da, 2010-cu ilin yayında Elke Büdenbender istəmədən özünü ictimaiyyətin diqqət mərkəzində tapmışdı. O zaman böyrək çatışmazlığından əziyyət çəkirdi. Vəziyyət o qədər mürəkkəbləşmişdi ki, Elkenin yalnız iki yolu var idi: ya həyatının qalan hissəsi üçün həftədə bir neçə dəfə dializ müalicəsi qəbul etmək, ya da böyrək transplantasiyası. Bununla belə, uyğun bir orqan üçün orta gözləmə müddəti beş-yeddi il idi - Elkenin isə vaxtı yox idi. Donor məsələsində əri onun köməyinə çatdı.
O zaman Frank-Valter Ştaynmayerin hərəkətləri ona dərin ictimai hörmət qazandırdı. O, nə etdiyini yaxşı bilirdi: artıq bir neçə onilliklərdir ki, Frank-Valter Ştaynmayer ölümündən sonra orqan donoru olmağa razılığını təsdiqləyən xüsusi kart daşıyır.
Tələbəlik illərində Ştaynmayerin özü də oxşar vəziyyətlə üzləşmişdi: ağır infeksiyaya yoluxan gələcək siyasətçi görmə qabiliyyətini itirə bilərdi və yalnız riskli buynuz qişasının transplantasiyası sayəsində bundan xilas olması mümkün idi. O zaman onun gözünü əməliyyat etdilər.
Frank-Valter Ştaynmayer 19 mart 2017-ci ildə Almaniya Prezidenti seçilib. Bundan öncə Almaniyanın xarici işlər naziri (2005-2009 və 2013-2017-ci illər) vəzifəsində işləyib, 2007-2009-cu illər isə vitse-kansler olub. Ştaynmayer Sosial-Demokrat Partiyasının üzvü və hüquq elmləri doktorudur./modern.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyul 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri