Icma.az
close
up
RU
İlham Əliyevi təbrik etdilər Yenilənib

İlham Əliyevi təbrik etdilər Yenilənib

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.

Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər.

Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq”.

***

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-alinizi ölkənizin Müstəqillik Günü münasibətilə böyük məmnuniyyətlə təbrik edir və ən xoş arzularımızı çatdırırıq.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə ən dərin hörmət və ehtiramımızı bildiririk”.

***

Avstriya Prezidenti Aleksander Van der Bellen:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Bu yaxınlarda Azərbaycanın və Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlmələri ümid mənbəyidir və biz perspektiv vəd edən bu inkişafı alqışlayırıq. Biz yalnız Ermənistanla müqavilənin mümkün qədər tez imzalanmasını təşviq edə və bununla da hər iki ölkənin xalqlarının qarşılıqlı rifahı üçün bu münaqişəni qəti şəkildə başa çatdıra bilərik.

Fürsətdən istifadə edərək, Sizin və ailənizin rifahı, eləcə də Azərbaycan xalqının əmin-amanlığı və xoşbəxt gələcəyi ilə bağlı ən xoş arzularımı çatdırıram”.

***

Çex Respublikasının Prezidenti Petr Pavel:

“Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.

Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram”.

***

İsveç Kralı XVI Karl Qustav:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq arzu edirəm”.

***

Mərakeş Kralı VI Məhəmməd:

“Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam”.

***

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostin:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına şəxsən öz adımdan, Avstraliya hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dostluq münasibətləri gələcək illərdə də inkişaf edəcəkdir”.

***

Malavi Prezidenti Lazarus Makkarti Çakvera:

“Zati-aliləri.

Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Malavi hökuməti, xalqı adından və öz adımdan təbrik etməkdən məmnunluğumu bildirirəm.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın rifahı naminə qarşıdakı illərdə də möhkəmlənəcəyinə ümidimi ifadə edirəm.

Zati-aliləri, Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

Misir Prezidenti Əbdülfəttah əs-Sisi:

“Hörmətli cənab Prezident.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi, ölkənizin daha da inkişafı və rifahı naminə ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Misir Azərbaycanla illər ərzində uğurla inkişaf edən və ortaq maraqlarımızın irəlilədilməsinə yönəlmiş güclü öhdəliklə möhkəmlənən səmimi və yaxın ikitərəfli münasibətləri yüksək qiymətləndirir.

Fürsətdən istifadə edərək, qarşıdakı illərdə Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsində və dost xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığımızın şaxələndirilməsində Misirin maraqlı olduğunu bir daha vurğulamaq istəyirəm.

Hörmətli cənab Prezident, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına davamlı inkişaf və firavanlıq arzulayıram”.

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına daha sürətli inkişaf arzulayıram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri