Icma.az
close
up
RU
İlham Əliyevin AMEA dakı nitqi tarixi əhəmiyyət daşıyır DEPUTATLAR

İlham Əliyevin AMEA dakı nitqi tarixi əhəmiyyət daşıyır DEPUTATLAR

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
Modern.az AMEA-nın 80 illik yubleyinə həsr olunan tədbirdə iştirak edən deputatlarla həmsöhbət olub.

Milli Məclisin sədr müavini Musa Qasımlı vurğulayıb ki, Prezident İlham Əliyevin AMEA-nın 80 illiyinə həsr olunmuş toplantıdakı nitqi tarixi əhəmiyyət daşıyır:

“Dövlət başçımızın nitqində Akademiyanın keçdiyi yol, müasir şərait və elmimizin qarşısında dayanan ən vacib məsələlər öz əksini tapmışdı. Keçirilən yolla bağlı cənab Prezidentimiz bildiridi ki, müxtəlif sistemlərdən aslı olmayaraq Azərbaycan elmi inkişaf edib və müstəqillik illərində həm Ulu öndər Heydər Əliyev, həm də özü Akademiyamızın inkişafına diqqət ayırıblar. Yaranmış yeni şəraitdən danışarkən, dövlət başçımız dünyadakı vəziyyətə diqqət yetirərək elmimizin qarşısında dayanan konkret vəzifələri də göstərdir”.

Musa Qasımlı bildirib ki, Prezidentin nitqində göstərilən vəzifələr Azərbaycan elminin yol xəritəsi olmalıdır:
“İlk növbədə dövlət başçımız vurğuladı ki, hər bir ölkə, o cümlədən Azərbaycan üçün ən vacib məsələ texnoloji inkişafdır və burada Azərbaycan elmi müstəsna rol oynamalıdır. Nitqində cənab Prezidentimiz elmin naliyyətlərini təhlükəsizliyin etibarlı qorunması, texnoloji inkişaf və informasiya təhlükəsizliyi ilə əlaqələndirdi. Elmimizin qarşısında dayana mühüm vəzifələr kimi süni intellektin yaradılması, rəqəmsallaşma, kiber təhlükəsizlik məsələlərini ön plana çəkildi. Kiber təhlükəsizliyin qorunmasının vacibliyi göstərildi”.

Vitse-spiker bildirib ki, nitqdə ən mühüm məsələlərdən biri kimi Azərbaycanda müdafiə sənayesinin inkişafına xüsusi diqqətin yetirilməsi oldu:

“Dövlət başçısımız elmin iqtisadiyyatla, sənayə ilə əlaqələndirilməsini, elmin naliyyətlərinin istehsalatda tətbiqini ön plana çəkdi və bildirdi ki, "Azərbaycan elminin praktik nəticələri tətbiq olunmalı və səmərə verməlidir”.
Dövlət başçımız müasir dünyada güc faktorunun ön plana çəkildiyini və beynəlxalq təşkilatların artıq öz funksiyalarını yerinə yetirməkdə aciz olduğunu vurğuladı.

Cənab İlham Əliyev öz nitqində Azərbaycan tarixinə dair dərin tədqiqatların aparılmasının vacibliyini də vurğuladı. Bildirdi ki, tarixi həqiqətlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Nitqdə həmçinin müstəqillik dövrü tarixinin araşdırılması və yaxşı əsərələrin yazılmasının zəruriliyi də vurğulandı. Cənab Prezidentimiz dövlətçilik tarixinin yazılmasının önəmini vurğuladı”.

Musa Qasımlının sözlərinə görə, Prezident Azərbaycan dilinin saflığının qorunması məsələsinə də diqqət çəkib:

“Müasir texnoloji inkişaf yeni terminlər gətirsə də, dövlət başçımız Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini ön plana çəkdi, dilimizin saflığının qorunmasının eyni zamanda qonşu ölkələrdə yaşayan azərbaycanlıların dilinin saflığının qorunması ilə əlaqələndirdi. Hesab edirəm ki, bizim elmi tədqiqat inistutlarımız cənab Prezidentin nitqindən irəli gələn məsələlərin hər birini nəzərə alacaqlar”. 

Deputat Elnarə Akimova isə bildirib ki, Prezident İlham Əliyev elmin qarşısında dayanan mühüm strateji hədəflərdən danışdı.
“Tariximizin tədqiqi, onun yeni tarixi baxışla, təzələnən diskursla araşdırılması, Qərbi Azərbaycan gerçəklərinin gələcək nəslə çatdırılması, separatist yalanlarının ifşası və Azərbaycan dilinin saflığının keşiyində dayanmaq məsələsi və s. Həmçinin texnoloji yenilikləri səmərəli şəkildə həyatımızın bir parçasına çevirməyi, kiber hücumlarının qarşısında ayıq-sayıq dayanmaq amillərini önə çəkdi. Bütün aktuallanan problemlər məfkurə dalğası ətrafında bütövlənməyimiz üçün gözəl vəsilə, gözəl stimuldur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Noyabr 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri