Icma.az
close
up
RU
İlham Əliyevin amnistiya təşəbbüsü on minlərlə insanın taleyini dəyişir Vasif Qafarov

İlham Əliyevin amnistiya təşəbbüsü on minlərlə insanın taleyini dəyişir Vasif Qafarov

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

"Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsünü müstəqil Azərbaycan dövlətinin siyasi-hüquqi yetkinliyinin, güclü dövlətçilik ənənələrinin və humanist dəyərlərə sadiqliyinin parlaq nümunəsidir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin təməlində Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası və uzaqgörən siyasi iradəsi dayanır. Onun rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, hüquqi sistemimizin və suverenliyimizin əsasını təşkil edir. Vasif Qafarovun sözlərinə görə, bu möhkəm təməl üzərində formalaşan dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl və zamanın çağırışlarına uyğun şəkildə davam etdirilir:

 "Prezident İlham Əliyevin siyasətinin əsas ideoloji sütunlarından biri humanizmdir. İnsan amilinin ali dəyər kimi qəbul edilməsi, sosial ədalət və mərhəmət prinsipləri dövlət başçısının fəaliyyətində xüsusi yer tutur. Cinayət-hüquq siyasətində humanizmin əsas prinsip kimi qəbul edilməsi və amnistiya təşəbbüsü də bu yanaşmanın bariz təzahürüdür".

Vasif Qafarov vurğulayıb ki, amnistiya təşəbbüsü Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində tam bərqərar olunması və suverenliyin tam bərpası fonunda irəli sürülüb. Bu addım Qələbə və suverenlik dövrünün humanizm və mərhəmət dəyərləri ilə tamamlanması kimi dəyərləndirilir. Deputatın fikrincə, Prezident İlham Əliyev bu təşəbbüslə dövlətin güclü, ədalətli və eyni zamanda mərhəmətli olduğunu nümayiş etdirir.

Müsahibimiz amnistiya aktının şamil olunacağı şəxslərin dairəsini də xüsusi qeyd edib. Onun sözlərinə görə, Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, şəhid ailələrinin üzvləri, müharibə nəticəsində əlillik qazanmış vətəndaşlar, qadınlar, yaşlılar, yetkinlik yaşına çatmayanlar və az ictimai təhlükə törədən cinayətlərə görə məhkum edilmiş şəxslərin bu aktdan yararlanması sosial ədalətin və dövlət qayğısının göstəricisidir.

Vasif Qafarov bildirib ki, bu amnistiya müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya aktı olacaq və on minlərlə insanın taleyinə birbaşa təsir göstərəcək. Bu qərar cəmiyyətin sosial harmoniyasının möhkəmlənməsinə, insanların yenidən normal həyata inteqrasiyasına və dövlətə inamın artmasına xidmət edəcək.

"Əfv və amnistiya institutları Azərbaycan dövlətçiliyində möhkəm ənənəyə çevrilib və Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs güclü siyasi, sosial və mənəvi mesaj daşıyır. Bu mesaj dövləṫ ondan ibarətdir ki, Azərbaycan dövləti öz vətəndaşına inanır və ona ikinci şans verir", - deyə millət vəkili yekunlaşdırıb.

Afət  ZİYADQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 19 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri