Icma.az
close
up
RU
İlham Əliyevin biləyi Aqil Abbas yazır

İlham Əliyevin biləyi Aqil Abbas yazır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Keçinin buynuzu geyişəndə başını Azərbaycan əsgərinin avtomatına sürtər. İndi ermənilərin bizim Müzəffər Ordumuz tərəfindən kəsilmiş buynuzlarının yeri göynəyir, atılıb-düşürlər. Revanşist qüvvələr yenidən müharibə arzusundadırlar. Qoltuqlarına iki qarpız Fransa verib, bu yaxınlarda iki qarpız da ABŞ verdi. Amma qoltuqda dörd qarpız saxlamaq olmaz. ABŞ-la bağladıqları müqaviləyə görə havalanıblar.

Vaxtilə Gürcüstan da ABŞ-la belə bir müqavilə bağlamışdı və Rusiyaya kəllə atdı. Nəticədə Cənubi Osetiyanı və Abxaziyanı itirdi, rus qoşunları da Tiflisin 30 kilometrliyinə gəldi. ABŞ da iki-üç dənə  mənasız bəyanat verməklə kifayətləndi. 

İndi g..-baş atan Ermənistan da  belə getsə Zəngəzuru itirə billər, uzaqbaşı bir-iki bəyanat ABŞ verəcək, Makron da arvadını qucaqlayıb ağlayacaq. 

Paşinyan da bu məğlubiyyəti Sərkisyanın, Köçəryanın, Balasanyanın  üstünə atacaq və onları tutub basacaq qoduqluğa. 

Düzdür, Ermənistanı havalandıran Fransadan, Hindistandan aldıqları silahlardır. Amma bir şeyi unudurlar.

Şah İsmayıl Sultan Səlimlə vuruşanda topa öz qılıncıyla bir zərbə endirir, qılınc yarıyadək topa işləyir.

Müharibədən sonra Sultan Səlim həmin qılıncı Şah İsmayıldan istəyir.  Şah İsmayıl qılıncı göndərir, Sultan Səlim də qılıncla topa zərbə endirir, amma qılınc topa işləmir.

Sultan Səlim Şah  İsmayıla yazır: «Sən həmin qılıncı göndərməmisən, çünki topa vurdum kəsmədi».

Şah İsmayıl da cavab məktubu yazır: «Qılınc həmin qılıncdı, vuran bilək o deyil». 

İndi nə qədər silah alırsız-alın. Paşinyan etiraf eləmişdi ki, müharibədə on mindən çox fərari olub, amma Azərbaycanda bir nəfər də fərari yox idi, gənclər könüllü şəkildə gedirdilər döyüşə, şəhid olmağı da şərəf sayırdılar.

Ürək başqa şeydir, erməni əsgərlərində  ürək bizim Müzəffər əsgərlərimizin ürəyi deyil.

Paşinyanın biləyi də İlham Əliyevin biləyi deyil.

Və Şah İsmayılın nəslindən olan İlham Əliyevin əlindəki qılınc da Həzrət Əli qılıncıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri