Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

İlham Əliyevin Çin səfəri dünya mediasında Fotolar

İlham Əliyevin Çin səfəri dünya mediasında Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri, onun Çin lideri Si Cinpinlə görüşü, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat da daxil olmaqla əməkdaşlıq sənədlərinin imzalanması dünya mediasının diqqət mərkəzində olub.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Çinin milli xəbər agentliyi Sinxua, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Jenmin Jibao” və “Global Times” qəzetləri, Çin Media Qrupuna daxil olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, CGTN telekanalı, habelə nüfuzlu “China Daily” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin səfəri barədə bir neçə dildə çoxsaylı materiallar yayıb. Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən xəbərlər hazırlayaraq oxucularına təqdim edib.

Qardaş ölkə Türkiyənin “Anadolu” agentliyinin “Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq bəyanatı qəbul edilib” başlıqlı xəbərində dövlətimizin başçısının Çindəki təmasları çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulmasına dair Birgə Bəyanat və bir sıra sazişlər, o cümlədən vizadan azadolma sənədinin imzalandığı qeyd olunub. DHA-nın “Çin lideri ilə Azərbaycan Prezidentindən strateji tərəfdaşlıq mesajı” adlı xəbərdə Si Cinpinin “Pekin Bakı ilə qarşılıqlı hörmət və ədalətə əsaslanan əməkdaşlıqda maraqlıdır” fikri vurğulanıb. Xəbərdə qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycanın “Vahid Çin” prinsipinə sadiq olduğunu bildirib, Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüslərinin dünyada sülh, sabitlik və rifah üçün imkanlar yaratdığını vurğulayıb. “CNN Türk” telekanalının Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə səfəri ilə bağlı xəbərində Si Cinpinin “Çin Azərbaycan ilə münasibətlərə strateji və uzunmüddətli perspektivdən baxır və inkişaf etdirir” fikri vurğulanıb, Pekinin Bakı ilə hərtərəfli əməkdaşlıqda yeni səhifə açmağa hazır olması faktı qabardılıb. “Haber Global” telekanalı, “İhlas” xəbər agentliyi Azərbaycan Prezidentinin Çinə səfərinə dair xəbərlər yayıb. “Milliyet” qəzeti “Azərbaycan Prezidenti və Çin Xalq Respublikasının Sədrindən “strateji tərəfdaşlıq” mesajı” adlı xəbərində iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, vizadan azad edilməsi haqqında sazişin imzalandığı diqqətə çatdırılıb.

“TRT Avaz”, NTV və digər media qurumları da dövlətimizin başçısının Çin səfərini diqqətdə saxlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri Rusiya mətbuatında da geniş işıqlandırılıb. TASS agentliyinin məqaləsində Çin liderinin “tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur” sözləri sitat gətirilir. Bildirilib ki, Si Cinpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb. “Nezavisimaya qazeta”nın Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqaləsində səfərin iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə xidmət etdiyi qeyd olunub. Nəşr Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsinə də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinlə təmasların gücləndirilməsini Orta Dəhliz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib. “Vestnik Kavkaza” nəşri dövlət başçılarının Pekində keçirilmiş görüşünün yekunu olaraq qəbul edilmiş Birgə Bəyanat barədə ətraflı məqalə dərc edib. Qeyd olunub ki, görüşdə BMT mərkəzli dünya nizamının və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub.

“Kommersant” qəzeti Çin Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu” qeyd edən Çin liderinin bəyanatlarından sitat gətirilir. “Böyük Asiya” informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulanır ki, səfər çərçivəsində 20-dən çox sənəd, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb. “RİA Novosti” Çinin Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı səsləndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib. “EADaily” agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin əks-məhsuldar adlandırdıqları qarşıdurma xarakterli geosiyasi oyunlar pislənilib.

“ Reuters” agentliyinin “Çin Sədri Si Pekində Azərbaycan lideri ilə görüşür” adlı xəbərində səfərin detallarından söz açılıb.
İtaliyanın “FarodiRoma” nəşri “Azərbaycan və Çin strateji tərəfdaşlıq sazişi və bir çox başqa sənədlər imzalayıb” adlı xəbərdə geniş məqalə dərc olunub. Məqalədə iki ölkə arasında imzalanan sənədlər, o cümlədən Azərbaycan ilə Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat barədə məlumat verilib. “Nova.news” və “4coffshore.com” onlayn nəşrləri Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Azərbaycan ilə Çin şirkətləri arasında enerji sahəsində bir neçə əməkdaşlıq sənədinin imzalandığını yazıb.

Küveytin KUNA agentliyi, Gürcüstanın “Primetime.ge” nəşri, “1tv” və “Ajara tv” kanalları dövlətimizin başçısının Çinə səfəri, xüsusən də iki ölkə arasında imzalanan sənədlər haqqında ətraflı məlumat yayıblar.

İranın “Tasnim” agentliyinin mövzu ilə bağlı xəbərində qeyd olunur ki, səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər Bakı və Pekinin yeni dövrdə münasibətləri daha da inkişaf etdirmək və mövcud potensialdan hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində istifadə etmək əzmindən xəbər verir. ISNA agentliyi isə yazır ki, Çin Sədri Si Cinpin çərşənbə günü Pekində Azərbaycan lideri İlham Əliyevlə görüşüb və tərəflər Bakı ilə Pekin arasında hərtərəfli strateji əməkdaşlığın başlandığını elan ediblər. “Jahannews.com” nəşri Prezident İlham Əliyevin səfər öncəsi Sinxua agentliyinə müsahibəsində səsləndirdiyi fikirlərdən sitatlar gətirərək, Azərbaycan-Çin münasibətlərinin qədim tarixə və yaxşı ənənələrə söykənərək, yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayıb.

Cənubi Koreyanın “newsis.com” nəşri “Associated Press”ə istinadla Azərbaycan Prezidentinin Çində dövlət səfərində olduğunu yazıb.
Ukraynanın “Ukrinform” agentliyi, “Prabdatut”, “Kurs Ukraini”, “Ekonomiçni novinki” nəşrləri də dövlətimizin başçısının Çinə səfərinə dair bir neçə material yayıb, səfəri ətraflı şərh ediblər.

Rumıniyanın milli xəbər agentliyi AGERPRES, “Mediafax” özəl xəbər agentliyi, “News.ro” xəbər portalı, “Pescurt.ro” xəbər portalı, “Gandul” nəşri və digər nüfuzlu media orqanları, o cümlədən “Pro TV” televiziya kanalı, “Prima TV” televiziya kanalı və başqaları Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş “Ticarət müharibələri və tariflər qlobal iqtisadi nizamı pozur – Azərbaycanla strateji tərəfdaşlıq güclənir” sərlövhəli məqalələr yazılıb.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin “ticarət müharibələri və gömrük tariflərinin tətbiqi bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sisteminə zərər vurur və qlobal iqtisadi sabitliyi sarsıdır” fikirlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, bu fikirlər Çində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüş zamanı səsləndirilib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22–24 aprel tarixlərində Pekinə etdiyi rəsmi səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın Genişləndirilməsi haqqında Bəyannamə imzalanıb. Tərəflər hüquq, “yaşıl inkişaf”, rəqəmsal iqtisadiyyat, intellektual mülkiyyət və aerokosmik sahələrdə 20-yə yaxın əməkdaşlıq sənədinə imza atıblar.

Bundan əlavə, Azərbaycan və Çin arasında vizasız rejim tətbiq olunacağı açıqlanıb. Görüşdə, həmçinin ekoloji cəhətdən təmiz və yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsullarının ticarətinin genişləndirilməsi və bərpaolunan enerji sahəsində ortaq layihələrin həyata keçirilməsi müzakirə olunub.

Çin hökuməti, həmçinin sərhədlərarası maliyyə xidmətlərini asanlaşdırmaq və yuanın beynəlxalq istifadəsini artırmaq məqsədilə yeni təşəbbüslər irəli sürüb. Bu plan, xüsusilə dövlət müəssisələrinin xarici əməliyyatlarında yuanla ödənişlərin prioritetləşdirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, bu cür əməkdaşlıq qlobal ticarətə töhfə verməklə yanaşı, dünya iqtisadiyyatında sabitliyin qorunmasında mühüm rol oynayacaq. Vurğulanır ki, Azərbaycanın bu prosesdə fəal iştirakı və tərəfdaşlıq ruhu Çin tərəfindən yüksək qiymətləndirilir.

Bolqarıstanın “Fakti.bg” xəbər portalı, BTA xəbər agentliyi, BNT televiziya kanalı, “News.bg” xəbər portalı, Yunanıstanın “Protothema”, “Efsyn”, “News24/7” xəbər portalı və digər nüfuzlu media orqanları “Si Cinpin: Gömrük rüsumları və ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur – Çin və Azərbaycan arasında əməkdaşlıq daha da güclənir” sərlövhəli məqalələr dərc ediblər.

Yazılarda Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, gömrük rüsumları və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamına ciddi ziyan vurur. Diqqətə çatdırılıb ki, bu bəyanatı Si Cinpin Pekində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüş zamanı səsləndirib.

Bildirilir ki, Si Cinpin çıxışında Çin ilə Azərbaycanın beynəlxalq sistemin müdafiəsində və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsində birgə çalışmasının vacibliyini vurğulayıb.























Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri