Icma.az
close
up
RU
İlham Əliyevin fəaliyyəti balanslaşdırılmış və çoxşaxəli diplomatiya modeli ilə seçilir ŞƏRH

İlham Əliyevin fəaliyyəti balanslaşdırılmış və çoxşaxəli diplomatiya modeli ilə seçilir ŞƏRH

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Prezident İlham Əliyevin siyasi fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsi ilə birbaşa bağlıdır. Onun prezidentlik dövrü yalnız hakimiyyətin davamlılığı baxımından deyil, həm də siyasi, iqtisadi və geosiyasi baxımdan keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Bu dövrü dəyərləndirərkən əsas diqqət strateji qərarların ardıcıllığına, uzunmüddətli dövlət maraqlarının önə çəkilməsinə və dəyişən beynəlxalq mühitə uyğun çevik siyasət yürüdülməsinə yönəlməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, siyasi müstəvidə İlham Əliyevin əsas uğurlarından biri daxili sabitliyin qorunması və dövlət institutlarının gücləndirilməsi olub:

"Regional və qlobal səviyyədə ciddi siyasi dalğalanmaların baş verdiyi bir mərhələdə Azərbaycanın idarəolunan, sabit və proqnozlaşdırılan dövlət kimi mövqeyini saxlaması məhz bu siyasətin nəticəsidir. Hakimiyyətin mərkəzləşdirilməsi ilə paralel olaraq idarəetmədə islahatların aparılması, dövlət aparatının funksionallığının artırılması və qərarvermə mexanizmlərinin sürətləndirilməsi siyasi sistemin dayanıqlığını təmin edib.

İqtisadi sahədə İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün şaxələndirmə mərhələsi kimi yadda qalıb. Neft amilindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, regional layihələrin təşviqi və infrastrukturun yenilənməsi ölkənin iqtisadi dayanıqlığını artırıb. Enerji strategiyasının davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycanın regional enerji təhlükəsizliyində əsas aktorlardan birinə çevrilməsinə şərait yaradıb. Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr yalnız iqtisadi deyil, həm də siyasi leverage aləti kimi ölkənin mövqelərini gücləndirib.

Xarici siyasətdə İlham Əliyevin fəaliyyəti balanslaşdırılmış və çoxşaxəli diplomatiya modeli ilə seçilir. Azərbaycan eyni vaxtda Qərb institutları, Rusiya, Türkiyə, İran və Çin kimi müxtəlif güc mərkəzləri ilə praqmatik münasibətlər quraraq öz milli maraqlarını qorumağı bacarıb. Bu siyasət ölkənin heç bir geosiyasi blokun sərt təsiri altına düşməməsinə, manevr imkanlarını saxlamasına və regional aktor kimi çəkisini artırmasına imkan verib.

Prezident İlham Əliyevin siyasi fəaliyyətinin kulminasiya nöqtəsi isə şübhəsiz ki, ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan nəticələrdir. Uzun illər davam edən status-kvonun dəyişdirilməsi, beynəlxalq hüquqa əsaslanan mövqenin hərbi-siyasi müstəvidə reallaşdırılması dövlətin siyasi iradəsini və strateji səbrini nümayiş etdirdi. Bu proses təkcə hərbi qələbə deyil, eyni zamanda diplomatik və informasiya müharibəsində də üstünlük əldə olunması ilə müşayiət olundu.

Ümumilikdə, İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün dövlət suverenliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzun artırılması və uzunmüddətli milli maraqlara əsaslanan siyasi kursun formalaşdırılması ilə səciyyələnir. Onun siyasi fəaliyyəti situativ qərarlardan daha çox strateji düşüncə, ardıcıllıq və dövlətçilik məntiqinə söykənən idarəetmə modeli kimi qiymətləndirilə bilər. Bu yanaşma Azərbaycanın regional və qlobal miqyasda daha güclü və öz mövqeyini qoruya bilən aktora çevrilməsində həlledici rol oynayıb".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Dekabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri