Icma.az
close
up
RU
İlham Əliyevin hər bir çıxışı müstəqil dövlətimizin qətiyyətini ifadə edir Deputat

İlham Əliyevin hər bir çıxışı müstəqil dövlətimizin qətiyyətini ifadə edir Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının kürsüsündən səsləndirdiyi fikirlər və dünyaya ünvanladığı çağırışlar Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan gücünün, nüfuzunun və siyasi iradəsinin bariz təzahürüdür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışından danışarkən bildirdi.

O vurğuladı ki, bu gün Azərbaycanın səsi, ölkəmizin haqlı çağırışları dünyanın ən ali tribunalarından eşidilir:

"İlham Əliyevin çıxışlarında beynəlxalq ədalət, dövlətlərin suverenliyi, bərabər hüquqluluq və sülhün təmin olunması kimi məsələlər qətiyyətlə irəli sürülür. Bu, Azərbaycanın mövqeyi, eyni zamanda beynəlxalq ictimaiyyət üçün ədalət çağırışıdır".

Deputat qeyd etdi ki, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər fonunda yeni reallıqların yaranması, suverenliyimizin bərpası, ardınca həyata keçirilən “Böyük Qayıdış” proqramı, güclənən iqtisadi potensialı və regionun aparıcı siyasi mərkəzinə çevrilməsi ölkəmizi qlobal arenada tamamilə yeni mərhələyə yüksəldib:

"Bu gün Azərbaycan artıq təkcə regional deyil, qlobal proseslərin iştirakçısı və təşəbbüskarıdır. Millət vəkili olaraq, mənim üçün xüsusilə qürurverici məqam odur ki, İlham Əliyevin hər bir çıxışı Azərbaycan xalqının iradəsini, müstəqil dövlətimizin qətiyyətini ifadə edir. O tribunadan səslənən hər bir fikir bizi daha da ruhlandırır, xalqımızda milli qürur hissini, güvəni və gələcəyə inamı gücləndirir.

Əminik ki, cənab Prezidentin liderliyi ilə Azərbaycan bundan sonra da dünyada sülhün, ədalətin və inkişafın güclü tərəfdarı kimi çıxış edəcək. Bu, həm millət vəkili olaraq, həm də bir Azərbaycan vətəndaşı olaraq qəlbimdə böyük fəxr, məsuliyyət və qürur hissləri yaradır", - deyə Günay Ağamalı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri