Icma.az
close
up
RU
“İlham Əliyevin imzaladığı Sərəncam gələcəyə hesablanmış bir qərardır”

“İlham Əliyevin imzaladığı Sərəncam gələcəyə hesablanmış bir qərardır”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri müasir şəhərsalma mədəniyyətinin ən üstün keyfiyyətlərini özündə əks etdirir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Report”a açıqlamasında Milli Məclisin üzvü Cavanşir Feyziyev deyib.

Onun sözlərinə görə, 2026-cı ilin dövlət başçısın Sərəncamı ilə “Şəhərsalma və Memarlıq ili” elan olunması heç də təsadüfi deyil.

“Ölkəmizdə şəhərsalma və memarlıq ənənələrinin tarixi qədimdir. Azərbaycan yaşı 5 min il olaraq müəyyən edilmiş Azıx mağarasından və qədimliyi ilə turistləri heyran edən Qobustan qayalarından tutmuş, ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzinə qədər çoxçeşidli memarlıq nümunələri ilə zəngindir. Demək olar ki, hər bölgəmizdə müxtəlif tarixi dövrlərin sənət üslubunu yaşadan mədəni abidələrimiz var. Müasir milli memarlığımız da məhz bu zəngin mədəni miras üzərində inkişaf edir və ildən ilə öz unikallığı ilə seçilən memarlıq əsərləri meydana gəlir. Heydər Əliyev Mərkəzi, Alov qüllələri, “Ağ şəhər” kompleksi kimi layihələr sadəcə müasir memarlıq nümunələri deyil, həm də dinamik inkişafın və gələcəyə strateji baxışın rəmzləridir. Paytaxtın və regionların tarazlı və ahəngdar inkişafı dövlət siyasətimizin əsas prioritetlərindən biridir”, - deputat bildirib.

C.Feyziyev qeyd edib ki, bu baxımdan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük bir sınaq və yaradıcılıq meydanıdır.

“Keçən il Şuşada keçirilmiş Şəhərsalma və Memarlıq Forumu da ölkəmizdə milli memarlıq sənətini müasir beynəlxalq trendlərlə daha da zənginləşdirmək və gələcəyin şəhərlərini bu gün tikmək məqsədi daşıyırdı. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunmuş bölgələrimizdə aparılan quruculuq işləri müasir şəhərsalma mədəniyyətinin ən üstün keyfiyyətlərini özündə əks etdirir. Yeni salınan yaşayış məntəqələrində “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi, müstəsna olaraq yenilənən enerji növlərindən istifadə edilməsi öz doğma yurdlarına qayıdan soydaşlarımızın sosial rifahının və yaşam tərzinin ən yüksək standartlar səviyyəsində təmin olunduğunu göstərir”, - o vurğulayıb.

Deputat 2026-cı ildə, yəni “Şəhərsalma və Memarlıq İli”ndə ən müasir standartlar əsasında yenidən qurulan şəhərlərimizin açılışının da şahidi olacağımızı istisna etməyib: “Bu həm 30 il ərzində işğalçılar tərəfindən darmadağın edilmiş şəhərlərimizə yeni həyat gətirəcək, həm də Azərbaycanın çağdaş memarlıq nailiyyətlərini bütün düyaya təqdim etmək üçün gözəl fürsət yaradacaq.

UN-Habitat ilə əməkdaşlıq, milli şəhərsalma forumlarının təşkili və 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi barədə qəbul olunmuş qərar ölkəmizin qlobal urbanistik proseslərdə maraqlı tərəf və eyni zamanda etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edildiyini göstərir”.

Milli Məclisin üzvü “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsinin bütövlükdə cəmiyyət üçün də mühüm ideoloji mesaj olduğunu diqqətə çatdırıb: “Şəhər mədəniyyəti yalnız memarlıq həlləri ilə formalaşmır. Bu anlayış ictimai davranış, tarixi irsə münasibət, estetik zövq və məsuliyyət hissinin vəhdətini özündə ehtiva edir. Yaşadığımız mühitə hörmət, ictimai məkanların qorunması, şəhər estetikasının dərk edilməsi də şəhər mədəniyyətinin vacib göstəriciləridir. İlham Əliyevin imzaladığı Sərəncam Azərbaycanın inkişaf yolunda strateji baxımdan düşünülmüş, gələcəyə hesablanmış bir qərardır. Əminəm ki, 2026-cı il Azərbaycanın şəhərsalma tarixində yeni və əlamətdar bir mərhələ kimi böyük uğurlarla tarixə yazılacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri